Maaşlar 15-20 faizə qədər arta bilər - SEVİNDİRİCİ XƏBƏR
06 Oktyabr 2026, 21:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
374
09.02.2023, 18:30
"Cəlalın ən böyük arzusu Azərbaycan silahlı qüvvələrinin sıralarında xidmət etməkdir. O, İsraildə xidmətini başa vurduqdan sonra burada xidmətə qoşulmaq niyyətindədir", deyir, Elşən Hüseynov.
oxu24.com bizim.media-ya istinadən bildirir ki, Elşən Hüseynov əslən ağdamlıdır. Yaxın zamanlarda onun oğlu Cəlal Hüseynov İsrail dövlətinə yönəlmiş böyük terror aktının qarşısını tək başına aldığı üçün İsrailin dövlət rəhbəri onu qəbul edərək mükafatlandırıb. Ailə üzvləri sözügedən hadisə zamanı İsrail dəvət olunmuş, hətta dost dövlətin rəhbəri Cəlala sürpriz etmək üçün onun anasını prezident sarayında oğlu ilə görüşdürmüşdü.
Cəlalın atası Elşən Hüseynov deyir ki, İsraildən gələndə oğlunun ilk ricası ümumi milli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarını ziyarət etmək oldu:
"Cəlal Azərbaycana bağlı adamdı. Əlbəttə, onunla fəxr edirəm, Vətənə bağlı olmağı məni çox sevindirir. Bundan başqa bir nüansı diqqətinizə çatdırmaq istəyirəm ki, Cəlalın adını daşıdığı babası Cəlal kişi müharibə və ondan sonrakı illərdə dövlət və dövlətçilik naminə fəal insanlardan olub, hətta ümummilli lider Heydər Əliyevin qarşısında çıxış da edib. Çox şükür ki, Cəlal da babası kimi vətənpərvər ruhda yaşayır".
Elşən Hüseynov oğlunun dost ölkədə göstərdiyi qəhrəmanlıq İsrail xalqı tərəfindən də rəğbətlə qarşılandığını, insanların sevimlisinə çevrildiyini diqqətə çatdırıb:
"Demək olar ki, hər kəsin sevimlisinə çevrilib. Necə deyim orada olduğum müddətdə əmin oldum ki, Cəlalı tanımayan və sevməyən yoxdur. Hər kəs ona hörmətlə yanaşır. Bilirsiniz ki ona terrorçular həyatı təhlükə yarada bilər. Ancaq o, heç nədən çəkinmədən xidmətini davam etdirir".
Qeyd edək ki, həmsöhbətimiz Cəlalın antiterror əməliyyatları sahəsində yiyələndiyi hərbi bilikləri gələcəkdə Azərbaycanlı əsgər yoldaşları ilə də paylaşacağını bildirib.
21:07 / 06 Oktyabr 2026
1
21:05 / 06 Oktyabr 2026
10
21:05 / 06 Oktyabr 2026
10
21:01 / 06 Oktyabr 2026
19
20:55 / 06 Oktyabr 2026
28
20:42 / 06 Oktyabr 2026
40
20:38 / 06 Oktyabr 2026
38
20:33 / 06 Oktyabr 2026
121
20:28 / 06 Oktyabr 2026
46
20:19 / 06 Oktyabr 2026
59
20:13 / 06 Oktyabr 2026
110
20:09 / 06 Oktyabr 2026
63
19:56 / 06 Oktyabr 2026
60
19:51 / 06 Oktyabr 2026
57
19:49 / 06 Oktyabr 2026
61
19:44 / 06 Oktyabr 2026
68
19:37 / 06 Oktyabr 2026
516
19:36 / 06 Oktyabr 2026
58
19:35 / 06 Oktyabr 2026
142
19:27 / 06 Oktyabr 2026
104
19:20 / 06 Oktyabr 2026
70
19:18 / 06 Oktyabr 2026
89
19:15 / 06 Oktyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.