Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82170
az

Bu soyuq günlərdə ən ləzzətlə yeyəcəyiniz yemək - BUĞ XƏNGƏLİ - VİDEO

09:5009 Fevral, 2023
94
CƏMİYYƏT
  • A
Azərbaycanın hər bir bölgəsi özünəməxsus mətbəx nümunələri ilə tanınır. Qurudulmuş ət və ondan hazırlanan müxtəlif xəmir xörəkləri dedikdə isə ilk ağla gələn ölkəmizin şimal-qərb rayonları Balakən, Zaqatala və Qax yada düşür. 
 
OXU24.COM APA TV-yə istinadən bildirir ki, bölgənin əhalisi qurudulmuş ətlə bişirilən xəmir xörəklərindən soyuq payız və qış aylarında istifadə edir. İndi haqqında söhbət açacağımız qurudulmuş ətlə bişirilən buğ xəngəli Zaqatalaya, bir az da dəqiqləşdirsək Muxax kəndinə məxsusdur. 
 
Bu ləziz, dadlı yeməyin hazırlanması üçün qurudulmuş ət, un, su və duz kifayət edir. Yeməyin digər xəmir yeməklərindən, hətta digər xəngəl növlərindən fərqi ondadır ki, bu yemək ətin buxarında bişirilir. 
 
Əvvəlcə quru ət  tikələrə bölünərək, qazanda bişirilir. Paralel olaraq isə xəngəlin xəmiri yoğurulur
Xəmir yoğurulduqdan sonra 15-20 dəqiqə gözlənilir, daha sonra hazır xəmir kündələrə ayrılır. Kündələr oxlovla nazik yayıldıqdan sonra kvadrat şəklində doğranılır. 
 
Buğ xəngəli təkcə rayonda deyil, hətta bütün Azərbaycanda məşhurdur. Bir çox rayon və şəhərlərdən məhz bu yeməyi dadmaq üçün qış aylarında Zaqatalaya qonaq gələnlər də az deyil. 
 
Bu yeməyi quru ətlə yanaşı, təzə ətlə və toyuqla da bişirmək mümkündür. Buğ xəngəlini hazırlamaq bir qədər mürəkkəb olduğundan, təqribən iki saatdan çox vaxt alır.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi
Yolda bu xəttə müdaxilə sürücülərin cərimələnməsi ilə nəticələnir - VİDEO

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Direktorla müəllim arasında DAVA: Müəllimin halı pisləşdi - Təcili yardım gəldi