Qaynar xətt:

(+99450) 247 90 86

“Qripə qarşı peyvənd olunun” - Çağırış

“Qripə qarşı peyvənd olunun” - Çağırış

CƏMİYYƏT

382

08.02.2023, 23:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qripə qarşı peyvəndləmə ilə bağlı əhaliyə müraciət edib.

T.Eyvazov deyib ki, peyvənd olunan şəxslər müəyyən qədər qrip virusundan qorunmuş hesab olunurlar.

İnfeksionist bildirib ki, onlar qripə yoluxsalar belə, xəstəliyi yüngül keçirirlər:

“İlk növbədə azyaşlıların, hamilələrin, yaşlıların qrip əleyhinə peyvənd olunması tövsiyə edilir. Eyni zamanda, insanlar xəstəlikdən qorunmaq üçün qidalanmalarına fikir verməlidirlər. Xüsusilə vitaminlərin bol olduğu qida qəbulu vacibdir”