Şəhid anası vəfat etdi
07 Oktyabr 2026, 02:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
272
07.02.2023, 20:10
Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir.
Oxu24.com xəbər verir ki, bununla əlaqədar faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdıracaq xüsusi təyyarə Türkiyəyə yola düşəcək.
Fondun Türkiyəyə ezam edilən əməkdaşları zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara humanitar yardım çatdıracaq.
Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu qeyd edib, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.
Heydər Əliyev Fondu Türkiyə xalqının üzləşdiyi faciə zamanı həlak olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.
Miri Məcidli
02:27 / 07 Oktyabr 2026
12
02:18 / 07 Oktyabr 2026
87
01:44 / 07 Oktyabr 2026
58
00:44 / 07 Oktyabr 2026
64
00:32 / 07 Oktyabr 2026
226
00:10 / 07 Oktyabr 2026
87
23:58 / 06 Oktyabr 2026
61
23:41 / 06 Oktyabr 2026
100
23:27 / 06 Oktyabr 2026
154
23:10 / 06 Oktyabr 2026
87
22:57 / 06 Oktyabr 2026
96
22:50 / 06 Oktyabr 2026
93
22:38 / 06 Oktyabr 2026
107
22:35 / 06 Oktyabr 2026
121
22:30 / 06 Oktyabr 2026
235
22:28 / 06 Oktyabr 2026
88
22:25 / 06 Oktyabr 2026
100
22:22 / 06 Oktyabr 2026
3417
22:17 / 06 Oktyabr 2026
1617
22:12 / 06 Oktyabr 2026
69
22:10 / 06 Oktyabr 2026
414
22:10 / 06 Oktyabr 2026
72
21:42 / 06 Oktyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.