Şəhid anası vəfat etdi
07 Oktyabr 2026, 02:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
350
07.02.2023, 18:20
Ölkəyə xaricdən gətirilən bir sıra heyvan yemlərinin gömrük rüsumundan azad edilmə müddəti başa çatıb.
OXU24.COM xəbər verir ki, ötən ilin may ayında Nazirlər Kabinetinin qərarı ilə idxal olunan bir sıra yem və yem əlavələri gömrük rüsumundan azad edilmişdi.
31 dekabr 2022-ci il tarixində isə bu güzəştin müddəti bitib.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, sözügedən güzəştin dayandırılması toyuq əti və yumurtanın bahalaşmasına səbəb ola bilər.
Mürvət Həsənli deyib ki, güzəştin bərpası üçün bir sıra qurumlara müraciət ünvanlanıb. Onun sözlərinə görə, hətta bəzi heyvan yemlərinin yenidən idxal rüsumundan azad edilməsi gözlənilir.
Assosiasiya sədrinin fikrincə, rüsum götürülmədiyi təqdirdə toyuq ətinin hər kiloqramında 15-25 qəpik, süfrə yumurtasının qiymətində isə 2-3 qəpiyədək artım olacaq.
İqtisadçı Rəşad Həsənov isə bildirib ki, ölkədə quş əti istehsalı ilə bağlı müəyyən asılılıqlar və bunun fonunda bahalaşma qaçılmazdır.
Ekspertin fikrincə, idxal rüsumu ilə bağlı güzəşt bərpa olunmasa, alternativ çıxış yollarını düşünmək olar. Amma bu, yaxın dövr üçün real görünmür.
Rəşad Həsənov onu da vurğulayıb ki, ölkədə kənd təsərrüfatı məhsulları istehsalının əsasını ailə təsərrüfatları təşkil edir. Ekspert hesab edir ki, peşəkar istehsala keçid istiqamətində siyasət genişləndirilməli, ailə təsərrüfatları kooperativlərdə birləşdirilməli, bununla da məhsuldarlığın artımına hədəflənən model qurulmalıdır. Bu həm də mənfəət normasını artıra, məhsulun maya dəyərini aşağı sala və bazara daha optimal qiymətə çıxarılmasına şərait yarada bilər.
Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:
02:27 / 07 Oktyabr 2026
12
02:18 / 07 Oktyabr 2026
87
01:44 / 07 Oktyabr 2026
58
00:44 / 07 Oktyabr 2026
64
00:32 / 07 Oktyabr 2026
226
00:10 / 07 Oktyabr 2026
87
23:58 / 06 Oktyabr 2026
61
23:41 / 06 Oktyabr 2026
100
23:27 / 06 Oktyabr 2026
154
23:10 / 06 Oktyabr 2026
87
22:57 / 06 Oktyabr 2026
96
22:50 / 06 Oktyabr 2026
93
22:38 / 06 Oktyabr 2026
107
22:35 / 06 Oktyabr 2026
121
22:30 / 06 Oktyabr 2026
235
22:28 / 06 Oktyabr 2026
88
22:25 / 06 Oktyabr 2026
100
22:22 / 06 Oktyabr 2026
3417
22:17 / 06 Oktyabr 2026
1617
22:12 / 06 Oktyabr 2026
69
22:10 / 06 Oktyabr 2026
414
22:10 / 06 Oktyabr 2026
72
21:42 / 06 Oktyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.