Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81992
az

BŞİH gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

15:4707 Fevral, 2023
141
CƏMİYYƏT
  • A
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Bu barədə Oxu24.com-a BŞİH-in Mətbuat xidmətindən bildirilib. Belə ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün günün ikinci yarısından başlayaraq fevralın 9-a kimi ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun xeyli enəcəyi, sulu qar, qar yağacağı, güclü külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanlarla bağlı Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə müraciət edərək, gözlənilən hava şəraiti ilə bağlı müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq və avtomobilləri saxlamamaq tövsiyə olunur. "Bildiririk ki, hava şəraiti ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində çalışacaqlar", - BŞİH-dən bildirilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukraynaya 4,2 milyard avro dəyərində yeni yardım
Qanuna qarşı aksiya planı: “Reket jurnalistlər” şantaja başladı
İmişlinin 8 yaşayış məntəqəsində qaz olmayacaq

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO