Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81981
az

Baş nazir qərar imzaladı

13:1007 Fevral, 2023
164
CƏMİYYƏT
  • A

“Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası” təsdiqlənib.

Oxu24.com  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, tüstü bacalarının istismarında təhlükəsizlik texnikasına dair tələblər müəyyənləşib. Tikinti obyektlərinin tüstü bacalarının istismarında təhlükəsizlik texnikasına dair aşağıdakı tələblər müəyyən edilib:

2.1.1. tüstü bacaları qaz qurğularında yaranan yanma məhsullarının (tüstü qazlarının) atmosferə atılmasını təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır;

2.1.2. istehlakçılar tərəfindən qaz qurğusu işə salındıqdan dərhal sonra və onun istismarı zamanı qazın yanma məhsullarının tüstü qazlarının) tüstü bacalarına ötürülməsi ilə havanın sorulması yoxlanılmalıdır;

2.1.3. tüstü bacalarının borularının birləşmə nöqtələrində boşluq olmamalıdır və kip olmalıdır;

2.1.4. tüstü bacalarının təmizlənməsi üçün nəzərdə tutulan “ciblərin” vəziyyəti, başlıqlar və kəsiklər yanğın təhlükəsizliyinə dair qanunvericiliyin tələblərinə cavab verməlidir;

2.1.5. yaşayış binalarının mənzil mülkiyyətçiləri (bina mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə), mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, ixtisaslaşmış istehlak kooperativi, binanı idarə edən hüquqi şəxs və fərdi sahibkar (idarəedici təşkilat), habelə digər qazlaşdırılmış tikinti obyektlərinin mülkiyyətçiləri (istifadəçiləri) ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən binanın tüstü bacalarına ildə bir dəfə (hər il iyulun 1-dək) texniki xidmətin həyata keçirilməsini təmin etməli və istehlakçının müvafiq ixtisaslı işçi heyət və ya ixtisaslaşmış podratçı tərəfindən Qanunun 6-3-cü maddəsinin 5-ci hissəsinə uyğun texniki xidmətin nəticəsi barədə akt tərtib edilməli və bir nüsxəsi qaz paylayıcısına təqdim edilməlidir;

2.1.6. dövlət mənzil fondu binalarında tüstü bacalarına texniki xidmətin həyata keçirilməsi balans mənsubiyyəti üzrə balansında dövlət mənzil fonduna aid yaşayış sahələri olan dövlət orqanları (qurumları) tərəfindən ildə bir dəfə (hər il iyulun 1-dək) Qanuna uyğun olaraq təmin edilməli və texniki xidmətin həyata keçirilməsinə dair tərtib edilmiş aktın bir nüsxəsi qaz paylayıcısına təqdim edilməlidir;

2.1.7. istehlakçılar yaşayış evlərinin tüstü bacalarının işçi vəziyyətdə saxlanılmasını və müayinə keçirilərkən aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün texniki xidmətin ixtisaslaşmış podratçı tərəfindən həyata keçirilməsini təmin etməlidirlər;

2.1.8. istilik enerji qurğularının yerləşdiyi tikinti obyektlərinin tüstü bacalarına münasibətdə əlavə olaraq Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 520 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın 3.10.3.10-cu yarımbəndi ilə müəyyən edilmiş tələblər yerinə yetirilməlidir.

Tüstü bacalarının istismarı zamanı istehlakçılara aşağıdakılar qadağandır:

2.2.1. tüstü bacalarının quruluşunu dəyişdirmək, tüstü bacalarının təmizlənməsi üçün nəzərdə tutulan "cibləri" hörmək və ya bağlamaq;

2.2.2. tüstü bacalarına və suqızdırıcıların tüstü ötürücü xətlərində özbaşına əlavə şiberlər (qapaqlar) quraşdırmaq;

2.2.3. tüstü bacalarının təhlükəsiz və etibarlı istismarının təmin olunması məqsədilə müayinə aktı üzrə aşkar edilmiş nöqsan və (və ya) pozuntular aradan qaldırılmadan qaz qurğularından istifadə etmək;

2.2.4. tüstü bacalarından təyinatına uyğun olmayan məqsədlər üçün istifadə etmək;

2.2.5. tüstü bacalarının yaxınlığında yanan materiallardan hazırlanmış əşyalar yerləşdirmək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Viaqra effekti verən qidalar – SİYAHI
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT
Bu yolda sürət həddi endirildi

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil