Qaynar xətt:

(+99450) 247 90 86

“Botoks vurduran kişilər “matışkə”dir”

“Botoks vurduran kişilər “matışkə”dir”

CƏMİYYƏT

335

05.02.2023, 19:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müğənni Səidə Sultan estetik prosedur etdirən kişiləri tənqid edib.

OXU24.COM  OLAY-a istinadən yazır ki, sənətçi bu haqda "Fəlidən doğru xəbər" verilişində danışıb.

Səidə botoks etdirən kişiləri "matışkə" adlandırıb:

"Estetiklərə çox yaxşı baxıram, gözəllikdir. Bir müddət gəldikdən sonra olmalıdır. Amma kişilər etdirirsə, onlar "matışkə"dir. Kişi heç vaxt botoks vurdurmur. Kişi elə kişidir, qulağını tükü olmalıdır, nə bilim, bığı olmalıdır. Yoxsa, əllərinə manikür-pedikür, onun mənimlə "bacı, ay bacı", nə fərqi var?... Mən Azərbaycan kişisinə onu yaraşdırmıram".