Onlar AYB-dən çıxarılacaq
08 Oktyabr 2026, 15:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
276
03.02.2023, 18:05
Prezident İlham Əliyevin sərəncamı ilə 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif olunan Vasif Tağıyev Azərbaycanda bu ordeni alan 5-ci şəxsdir.
OXU24.COM qafqazinfo-ya istinadən xəbər verir ki, 2017-ci ildə təsis edilmiş bu orden Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətləri olanlara verilir. Daha əvvəl 1-ci dərəcəli "Rəşadət" ordeni ilə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayev və Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov təltif olunub.
Qeyd edək ki, "Rəşadət" ordeninin dərəcələri ardıcıllıqla, Azərbaycan Silahlı Qüvvələrində hərbi qulluqçulara aşağıdakı xidmətlərinə görə təqdim olunur:
- Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;
- Əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə görə;
- Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə görə;
- Həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə;
- Fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə görə;
- Dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə.
"Rəşadət" ordeninin üç dərəcəsi var. "Rəşadət" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri olduqda "Azərbaycan bayrağı" ordenindən sonra taxılır.
Qeyd edək ki, terror basqını zamanı Vasif Tağıyevin davranışları beynəlxalq səviyyədə reaksiya doğurub, onun terrorçunu zərərsizləşdirməsi qəhrəmanlıq nümunəsi kimi qiymətləndirilib.
15:55 / 08 Oktyabr 2026
1
15:32 / 08 Oktyabr 2026
388
15:30 / 08 Oktyabr 2026
344
15:16 / 08 Oktyabr 2026
65
15:15 / 08 Oktyabr 2026
45
15:10 / 08 Oktyabr 2026
40
15:00 / 08 Oktyabr 2026
75
14:54 / 08 Oktyabr 2026
291
14:46 / 08 Oktyabr 2026
56
14:43 / 08 Oktyabr 2026
61
14:40 / 08 Oktyabr 2026
70
14:15 / 08 Oktyabr 2026
78
14:05 / 08 Oktyabr 2026
77
14:00 / 08 Oktyabr 2026
65
13:55 / 08 Oktyabr 2026
69
13:47 / 08 Oktyabr 2026
8468
13:34 / 08 Oktyabr 2026
92
13:29 / 08 Oktyabr 2026
183
13:26 / 08 Oktyabr 2026
77
13:25 / 08 Oktyabr 2026
84
13:20 / 08 Oktyabr 2026
72
13:14 / 08 Oktyabr 2026
262
13:00 / 08 Oktyabr 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.