Qaynar xətt:

(+99450) 247 90 86

Solovyov isterika içərisində: Hanı ordu!? - VİDEO

Solovyov isterika içərisində: Hanı ordu!? - VİDEO

CƏMİYYƏT

349

03.02.2023, 16:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyalı teleaparıcı Vladimir Solovyov Ukrayna ordusuna Qərb tanklarının tədarükünə isterik reaksiya verib. O, Rusiyanın niyə hələ də "anti-imperialist koalisiya" yaratmamasına əsəbiləşib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, o, bu barədə "Vladimir Solovyovla axşam" verilişinin efiri zamanı deyib.
Ətraflı

"Şimali Koreya, İran və Çin Rusiya ilə birlikdə Ukraynaya qarşı vuruşmalıdır. Biz güclü anti-imperialist koalisiya yaratmışıq? Harada? Bizim yanımızda Şimali Koreya, Çin, İrandan döyüşən əsgərlər haradadır? Biz ordudan belə istifadə etmirik, hətta çağırışçılardan da istifadə etmirik. Yoxsa hesab edirik ki, bir dəfə 300 min nəfərin səfərbər edilməsi kifayətdir? Bəs kim döyüşəcək? Üstəlik, hər kəsin Qırmızı Ordu sıralarına girməsi üçün qısa telefon nömrələri yaratmaq lazımdır. Bizim telefon operatorlarımız Qırmızı Orduya qoşulmaq istəyənlərin zəng edə biləcəyi qısa nömrə yarada bilməz? Rusiya ordusu 5 milyon nəfərə qədər genişləndirilməli və ölkə sənayesi hərbi müstəviyə keçirilməlidir. Ali Baş Komandan (Vladimir Putin - red.) ordunu 1,5 milyona çatdırdı. Üç milyon lazımdır! Beş milyon lazımdır! Ordu qurulmalıdır. Bütün sənaye elə işləməlidir ki, müdafiə sənayesində hər şey olsun", - o bildirib.