Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
08 Oktyabr 2026, 16:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
301
03.02.2023, 16:40
Yadigar Məmmədli: “Bütün bunlar molla rejiminin çirkin mahiyyətindən irəli gəlir”
img
Müşahidələr göstərir ki, bunlar əsasən İranın casus şəbəkəsinin bu və ya digər dərəcədə təsiri altında olan, onlara bağlı olan media orqanlarıdır. Məhz İran təsiri altında olan media orqanları belə yalançı kampaniya aparmaqla Azərbaycan barəsində yanlış rəy formalaşdırmağa çalışırlar.
Maraqlıdır, onlar bununla nəyə nail olmaq istəyirlər? Bunda əsas məqsədləri nədir?
Məsələyə münasibət bildirən media eksperti Yadigar Məmmədlinin fikrincə, Azərbaycanın dünyada artan önəmi İranı narahat edir: “Düzdür, İran hər zaman Azərbaycanla bağlı qaralama kampaniyası aparıb. Son vaxtlar isə bu, daha geniş müstəvidə həyata keçirilir. Belə baxanda İranın media azadlığından danışmağa haqqı yoxdur. Ən azından ona görə ki, bu ölkə qapalı ölkədir və orada bütün mətbuat mollakratiyaya xidmət edir. İranın belə mövqedən çıxış etməsinin çoxsaylı səbəbləri var. Onlardan biri də Azərbaycanın regionda apardığı siyasətlə bağlıdır. Azərbaycanın qlobal layihələrdə aparıcı söz sahibinə çevrilməsi, kilid ölkə rolunda çıxış etməsi molla rejimini narahat edir. Səfirliyimizə terror hücumundan sonra İranın bütün iç üzü ortaya çıxdı. Həmin hücumun siyasi yox, məişət xarakterli olması ilə bağlı yalançı görüntü yaradır. Əslində İran bununla əsas məsələdən yayınmaq istəyir. İran hər zaman Azərbaycanın inkişafını istəməyib. İlk baxışdan belə görünür ki, İran müsəlman, bizimlə yaxın olan dövlətdir. Bizim orada 30 milyondan çox soydaşımız yaşayır. Ancaq təəssüflər olsun ki, Tehran rejimi bütün bunları görməzdən gəlir. Məqsədyönlü şəkildə Azərbaycan barədə qaralama kampaniyası aparır. Onların agentura şəbəkəsinə bağlı olan media orqanları bizə qarşı sistematik təbliğat aparırlar. Niyə? Ona görə ki, İran Azərbaycanın inkişafını, regionda artan önəmini özlərinə qarşı təhdid hesab edirlər. Hesab edirlər ki, əvvəl-axır cənubla şimal birləşəcək. Ona görə də bütün vasitələrlə çalışırlar ki, körpüləri yandırsınlar. Əslində Azərbaycan regionda sabitliyin tərəfdarıdır. Bütün vasitələrlə sabitliyə töhvə vermək istəyir. İrana bağlı olan trolların sosial şəbəkələrdə mövcudluğu yeni deyil. Uzun illərdir onlar fəaliyyət göstərirlər və Tehrandan gələn təlimatları yerinə yetirirlər. Müxtəlif vasitələrlə Azərbaycanda yanlış rəy formalaşdırmağa çalışırlar. Bütün bunlar molla rejiminin çirkin mahiyyətindən irəli gəlir”.
16:45 / 08 Oktyabr 2026
1
16:35 / 08 Oktyabr 2026
25
16:34 / 08 Oktyabr 2026
7
16:30 / 08 Oktyabr 2026
42
16:27 / 08 Oktyabr 2026
39
16:03 / 08 Oktyabr 2026
137
15:55 / 08 Oktyabr 2026
66
15:32 / 08 Oktyabr 2026
856
15:30 / 08 Oktyabr 2026
680
15:16 / 08 Oktyabr 2026
117
15:15 / 08 Oktyabr 2026
72
15:10 / 08 Oktyabr 2026
61
15:00 / 08 Oktyabr 2026
101
14:54 / 08 Oktyabr 2026
362
14:46 / 08 Oktyabr 2026
63
14:43 / 08 Oktyabr 2026
75
14:40 / 08 Oktyabr 2026
82
14:15 / 08 Oktyabr 2026
88
14:05 / 08 Oktyabr 2026
80
14:00 / 08 Oktyabr 2026
73
13:55 / 08 Oktyabr 2026
73
13:47 / 08 Oktyabr 2026
8805
13:34 / 08 Oktyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.