Qaynar xətt:

(+99450) 247 90 86

Bu yol bağlandı

Bu yol bağlandı

CƏMİYYƏT

309

03.02.2023, 12:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fevralın 5-də, saat 09:00-dan 16:00-dək Bakı şəhəri, Heydər Əliyev prospektinin yan yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Oxu24.com  xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb aparılacaq təmir işləridir.

Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, qeyd olunan vaxt kəsiyində şəhər mərkəzi istiqamətində prospektin əsas yolundan istifadə etmələrini xahiş edib.