Qaynar xətt:

(+99450) 247 90 86

Bakıdan bu şəhərə uçuşlar başlayır

Bakıdan bu şəhərə uçuşlar başlayır

CƏMİYYƏT

312

02.02.2023, 15:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
AZAL QSC-nin tərkibinə daxil olan aşağıbüdcəli “Buta Airways” aviaşirkəti yeni Bakı-Soçi-Bakı marşrutu üzrə aviabiletlərin satışını elan edir.
 
 
Oxu24.com  xəbər verir ki, Qara dəniz sahilinə uçuşlar martın 18-dən etibarən həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.
 
 
Bu istiqamət üzrə biletləri aviadaşıyıcının www.butaairways.az saytında ("Büdcə", "Standart" və "Super" tarifləri üzrə) əldə etmək mümkündür. Həmçinin, aviabiletləri “Buta Airways” mobil tətbiqi vasitəsilə əldə etmək olar.
 
 
Qeyd edək ki, Soçi Rusiyanın Qara dəniz sahilində yerləşən məşhur kurortdur.
 
  
Miri Məcidli