Qaynar xətt:

(+99450) 247 90 86

Vilayət Eyvazov 4 rayonun sakinlərini qəbul edəcək

Vilayət Eyvazov 4 rayonun sakinlərini qəbul edəcək

CƏMİYYƏT

293

02.02.2023, 11:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən fevral ayının 16-da Cəlilabad Rayon Polis Şöbəsinin inzibati binasında Neftçala, Biləsuvar, Cəbrayıl və Cəlilabad şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

 

 

Oxu24.com-un xəbərinə görə, bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev feysbuk hesabında yazıb.

 

 

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 15.02.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.