Azərbaycanda İctimai Birlik sədri həbs edildi
08 Oktyabr 2026, 22:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
375
01.02.2023, 21:29
"Əhməd haradadır?" filmindəki Nərgiz xalanın yük maşını sürməyini görəndən sonra qərar verdim ki, mən də sürücü olacağam. Valideynlərim məni müxtəlif yollarla fikrimdən döndərməyə çalışsalar da, arzularımın arxasınca getdim. 1975-ci ildə Bakıda sürücülük məktəbinə yazıldım. İki yüz oğlanın arasında bircə qız mən idim. Altı aylıq kursdan sonra imtahandan uğurla keçib sürücülük vəsiqəmi aldım. İlk sürdüyüm maşın isə "Zil" markalı yük avtomobili idi.
Bu sözlərin müəllifi 48 illik sürücülük təcrübəsinə malik Nuriyyə Abdullayevadır.
OXU24.COM AZƏRTAC-a istinadən bildirir ki, 68 yaşlı Nuriyyə Abdullayeva Quba rayonun İkinci Nügədi kəndində yaşayır. O, ölkəmizin şimal bölgəsində ilk avtomobil sürən qadınlardandır. Maraqlısı budur ki, N.Abdullayeva sürücülüyə 20 yaşında olarkən "Zil" markalı yük avtomobili ilə başlayıb. İki ildən sonra yük maşınını "QAZ-24"lə dəyişib. Bu maşınla taksi sürücüsü kimi ölkəmizin və keçmiş SSSR-nin bir çox şəhərlərinə sərnişin aparıb. 1979-cu ildən isə "RAF" markalı maşınla sərnişindaşıma fəaliyyəti ilə məşğul olub.
"Sürücülük vəsiqəmi aldıqdan sonra ilk iş yerim Quba Avtomobil Bazası oldu. "Zil" maşınla əsasən meyvə-tərəvəz məhsulları, yük daşıyırdım. Sonra təzə "Volqa"da taksi fəaliyyətinə başladım. İndi qadın sürücülər çoxdur. O, vaxt isə məni bütün Qubada tanıyırdılar. 3-4 il taksi sürücüsü kimi işlədim. Sonra Riqa (Latviya) şəhərinə gedib, oradan təzə "RAF" markalı mikroavtobus gətirdim. Quba-Nügədi marşrutu üzrə sərnişin daşıyırdım. Bir müddət sonra "RAF"-ı, "QAZel"lə dəyişdim. İndi özüm sahibkaram. Hazırda Quba-Nügədi marşrutu üzrə 4 avtobusumuz fəaliyyət göstərir. Hansısa sürücümüzü əvəz etmək lazım gələrsə, özüm sükan arxasına keçirəm", - deyə o söyləyib.
Nuriyyə Abdullayeva Qubada yaxşı sürücü olmaqla yanaşı, həm də toy operatoru kimi tanınıb. Nə az, nə çox, düz 15 il toy məclislərində operator kimi fəaliyyət göstərib.
"O vaxtlar Qubada qız və oğlan toyları ayrı təşkil olunurdu. Qız toyunda qadın musiqiçilər ifa edirdi. Mən də toyların ən sevilən operatoru idim. Gündüz sürücülük edirdim. İşdən sonra toya gedirdim. Operatorluğa böyük həvəsim vardı. Amma avtomobil sürmək mənim üçün bütün məşğuliyyətlərdən önəmlidir", - deyə Nuriyyə Abdullayeva bildirib.
Onun sözlərinə görə, 50 ilə yaxın sürücülük təcrübəsi var və indiyədək hər hansı qəza törətməyib. Təcrübəli sürücü avtomobil qəzalarının əsas səbəbinin yüksək sürət olduğunu söyləyib.
22:19 / 08 Oktyabr 2026
10
22:06 / 08 Oktyabr 2026
40
21:58 / 08 Oktyabr 2026
64
21:53 / 08 Oktyabr 2026
54
21:36 / 08 Oktyabr 2026
63
21:29 / 08 Oktyabr 2026
64
21:28 / 08 Oktyabr 2026
516
21:19 / 08 Oktyabr 2026
87
21:05 / 08 Oktyabr 2026
107
20:55 / 08 Oktyabr 2026
62
20:42 / 08 Oktyabr 2026
79
20:27 / 08 Oktyabr 2026
83
20:19 / 08 Oktyabr 2026
79
20:07 / 08 Oktyabr 2026
76
19:57 / 08 Oktyabr 2026
86
19:40 / 08 Oktyabr 2026
90
19:27 / 08 Oktyabr 2026
68
19:18 / 08 Oktyabr 2026
186
19:10 / 08 Oktyabr 2026
70
18:59 / 08 Oktyabr 2026
127
18:50 / 08 Oktyabr 2026
121
18:43 / 08 Oktyabr 2026
79
18:39 / 08 Oktyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.