Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81549
az

Dövlət Miqrasiya Xidmətinə yeni mətbuat katibi təyin olunub

10:4701 Fevral, 2023
92
CƏMİYYƏT
  • A

Dövlət Miqrasiya Xidmətinə (DMX) yeni mətbuat katibi təyin olunub.

Bu barədə Oxu24.com-a DMX-dən məlumat verilib.

Bildirilib ki, bu vəzifə Natəvan Bayramovaya həvalə olunub.

N.Bayramova 2019-cu ildən 2022-ci ilin dekabr ayınadək "Azərbaycan Dəmir Yolları" QSC-də Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, N.Bayramova 2005-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2008-2010-cu illərdə BDU-nun Jurnalistika fakültəsində magistr dərəcəsi alıb.

Peşə fəaliyyətinə 2005-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor kimi başlayıb. 13 ilə yaxın müddətdə həmin şirkətdə böyük redaktor, Yayım Şurasının icraçı katibi, Gənclər-elm və təhsil departamentinin direktor müavini işləyib.

Dövlət orqanlarında müxtəlif vəzifələrdə iş təcrübəsinə malikdir.

Fəaliyyəti ilə əlaqadər bir neçə beynəlxalq və yerli mükafatlara layiq görülüb.

Ailəlidir, iki övladı var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİQQƏT! DİN vətəndaşlara müraciət edib
Keşlə bazarı  hara köçürüləcək?  - VİDEO
Qaz olmayacaq

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu