Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralı var

SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralı var

CƏMİYYƏT

1693

01.02.2023, 08:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Fevral 1-də Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qılınclı kəndi ərazisində “Niva” markalı avtomobilin idarəetməni itirərək Tərtər çayına aşması barədə məlumat daxil olub.
Bu barədə Oxu24.com-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verilib. Bildirilib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Avtomobildə olan 3 nəfər çıxarılıb. 2 mülki vətəndaş və bir hərbiçinin olduğu avtomobildə hərbiçi və digər sərnişin F. Hüseynova bədənin əzniyi xəsarəti alsa da, sürücü, 1981-ci il təvəllüdlü Nurlan Babayev ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.