Şad xəbər gəldi: Ödənişlərin 75 faizi silinir
09 Oktyabr 2026, 00:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
317
01.02.2023, 01:17
Əncir mənasındakı "Tin" sözü Quranda yalnız bir dəfə keçib. O da "Tin" surəsindədir ki, Allah ona and icir: "And olsun əncirə və zeytuna; And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına; And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə)" (Tin, 1-3).
"Tin" və "zeytun" dedikdə nə nəzərdə tutulduğu barədə müxtəlif nəzəriyyələr irəli sürülüb. Təfsirçilər bu surənin ilk ayələrini araşdırdıqda iki fikrə gəlirlər.
Birincisi, "Tin" surəsinin başlanğıc ayələrinə və bəyan edilən dörd hissəyə əsasən, ilk iki and (Tin və Zeytun) ilə sonrakı iki and (Tur Sinin və Bələd Əmin) arasında əlaqənin olması lazım olduğunu söyləmişlər; Bu səbəbdən "Tin" və "Zeytunun"un xüsusi yer adları olduğunu bildiriblər.
"Tur Sinin" Həzrət Musanın (ə) Allahla danışdığı və peyğəmbər olduğu yerdir. "Bələd Əmin" (təhlükəsiz şəhər) Məkkədir. İbrahim (ə) və oğlu İsmayıl (ə) Kəbənin tikintisini bitirdikdə İbrahim belə dua etdi: "Ya Rəbb, bu [yeri] təhlükəsiz bir şəhər et" (İbrahim, 35).
Bu fikrə görə, "Tin" və "Zeytun" sözünün mənası Hicazın (indiki Ərəbistan ərazisi) şimalında, Fələstin və Şamatda yerləşən yerlərdir. Bu iki bölgə bir çox ilahi peyğəmbərlərin doğulduğu və böyüdüyü yer olmuşdur.
İkinci fikir budur ki, "Tin" və "zeytun" öz həqiqi mənasında, bir növ yemək mənasındadır. Belə olan halda onların "Tur Sinin" və "Bələd Əmin"lə əlaqələri necə olacaq?
Təfsirçilər bu barədə demişlər ki, "Tin" surəsinin ilk iki hissəsi bədənin qidası ilə əlaqədardır və onlara and içilir, digər iki hissəsi isə insanların ruhu ilə bağlıdır.
Bu halda, "Biz insanı ən gözəl biçimdə yaratdıq" (Tin, 4) deyən növbəti ayəyə diqqət yetirmək olar. Ona görə də insan ən yaxşı şəraitdə və imkanlarda həm fiziki, həm də əqli cəhətdən sabitliyə və tarazlığa çatmışdır. Həmçinin ən gözəl və ən layiqli şəkildə yaradılmışdır.
00:11 / 09 Oktyabr 2026
63
00:04 / 09 Oktyabr 2026
389
00:01 / 09 Oktyabr 2026
73
23:50 / 08 Oktyabr 2026
63
23:27 / 08 Oktyabr 2026
82
23:13 / 08 Oktyabr 2026
103
23:10 / 08 Oktyabr 2026
72
23:03 / 08 Oktyabr 2026
122
23:01 / 08 Oktyabr 2026
178
22:50 / 08 Oktyabr 2026
198
22:41 / 08 Oktyabr 2026
88
22:19 / 08 Oktyabr 2026
82
22:06 / 08 Oktyabr 2026
128
21:58 / 08 Oktyabr 2026
101
21:53 / 08 Oktyabr 2026
92
21:36 / 08 Oktyabr 2026
96
21:29 / 08 Oktyabr 2026
91
21:28 / 08 Oktyabr 2026
1222
21:19 / 08 Oktyabr 2026
132
20:55 / 08 Oktyabr 2026
78
20:42 / 08 Oktyabr 2026
95
20:27 / 08 Oktyabr 2026
105
20:19 / 08 Oktyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.