Qaynar xətt:

(+99450) 247 90 86

DİQQƏT! DTX İranla bağlı xəbərdarlıq etdi

DİQQƏT! DTX İranla bağlı xəbərdarlıq etdi

CƏMİYYƏT

661

31.01.2023, 13:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Azərbaycanın İrandakı Səfirliyində törədilmiş terror aktı ilə bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir.

 

DTX-nin Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, həmin hadisə barədə araşdırmalara dair dəqiqləşdirilməmiş və rəsmi mənbələrə istinad edilməyən məlumatların yayımlanması istintaqın aparılmasına mane olmaqla əhali arasında çaşqınlığa və şayiələrin yayılmasına səbəb olur.

 

İranda baş vermiş hadisə ilə əlaqədar dövlət orqanlarına istinad olunmadan informasiyaların tirajlanmasının yolverilməzliyi barədə media qurumlarına xəbərdarlıq olunur.

 

Miri Məcidli