Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81465
az

Azərbaycan XİN İrana səyahət etmək istəyənlərə xəbərdarlıq edib

11:2031 Yanvar, 2023
218
CƏMİYYƏT
  • A
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İrana səyahət etmək istəyənlərə xəbərdarlıq edib. Oxu24.com-un xəbərinə görə, nazirliyin yaydığı xəbərdarlıq mətnində deyilir: Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı Səfirliyinə qarşı silahlı terror hücumu olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri Əsgərov Orxan Rizvan oğlu şəhid olub və iki nəfər yaralanıb. İran İslam Respublikasındakı qeyri-sabit vəziyyət və ölkəmizin diplomatik nümayəndəliyinə qarşı törədilmiş terror aktı nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur. Hal-hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur. İran İslam Respublikasındakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur: Ünvan: Təbriz, Vəliəsr, Arif küçəsi 9 TEL: (+98413) 333 48 03 FAKS: (+98413) 331 53 80 E-MAIL: [email protected] WEBSITE: tabriz.mfa.gov.az Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Vətəndaşın narkotiklə ittiham edilməsi iddiaları əsassızdır" - DİN-dən AÇIQLAMA
"İqlimin maliyyələşdirilməsi əsas prioritetimizdir" - Muxtar Babayev
Dövlət Xidmətinə daha bir səlahiyyət verildi

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO