Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81432
az

İstanbuldan gələn rusiyalı qadın mədəsində yarım kiloqram kokain daşıyıb

12:5930 Yanvar, 2023
100
CƏMİYYƏT
  • A

Moskvanın Vnukovo hava limanında mədəsində yarım kiloqrama yaxın kokain olan qadın saxlanılıb.

OXU24.COM  oxu.az-a istinadən xəbər verir ki, polis onu xəstəxanaya aparmalı və iki gün tualetə getməsini izləməli olub.

23 yaşlı Yevgeniya İstanbuldan Vnukovoya uçub və nədənsə gömrükçülərin şübhəsi altına düşüb. Rentgen şüaları göstərib ki, Yevgeniyanın mədəsində bir topa naməlum əşyalar var.

Sərnişin saxlanılaraq xəstəxanaya aparılıb. Sonrakı iki gündə Yevgeniyanın tualetə getməsi polis tərəfindən diqqətlə nəzarətə götürülüb. Tezliklə bu nəzarət öz nəticəsini verib.

Qadının mədəsindən 90 ədəd qara bağlama çıxıb. Onlar ekspertiza üçün göndərilib və Yevgeniyanın daxilində 446 qram kokain gəzdirdiyi məlum olub.

İndi narkotik qaçaqmalçılığı işi üzrə onu iyirmi ilə qədər həbs gözləyir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz
Putin tərcüməçidən üzr istədi - VİDEO
Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib