Qaynar xətt:

(+99450) 247 90 86

Şəhid Orxan Əsgərovla vida mərasimi - Canlı

Şəhid Orxan Əsgərovla vida mərasimi - Canlı

CƏMİYYƏT

392

30.01.2023, 10:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İrandakı Azərbaycan səfirliyinə terror nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovla vida mərasimi keçirilir.

Oxu24.com  xəbər verir ki, yas mərasimi Yeni Yasamal qəsəbəsində, mərhumun evinin həyətində təşkil olunub.

Mərasimdə şəhidin yaxınları, həmkarları, rəsmilər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

 

Mərasimdən sonra mərhum II Fəxri xiyabanda dəfn olunacaq. Hələ ki, mərhumun cənazəsi ailəsinə evinə gətirilməyib. 

Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.

Ötən gecə Orxan Əsgərovun nəşi, yaralılar və səfirlik əməkdaşları Bakıya təxliyə edilib.