Şad xəbər gəldi: Ödənişlərin 75 faizi silinir
09 Oktyabr 2026, 00:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
420
30.01.2023, 12:23
Öz qəlbini qidalandırİnsan bu aləmdə öz qəlb və ruhu ilə yaşamaq istəyirsə, gərək mənəviyyat aləmində qarşısına çıxmış fürsətlərdən istifadə etsin və qəlbini qidalandırsın və ruhuna su versin. Elə ki, azan verilir, bu mənəvi qidalanmaq üçün bir fürsətdir. Hər vaxt qəlb Allaha yönəlsə, həmin an can və qəlbin qidalanması anıdır. Bəzən namazda, bəzən həccdə, bəzən infaq etdikdə qəlb mənəvi qidalanır. Əgər qəlbin meyli olmadığını görsən, gərək onda hazırlıq yaradasan, gərək qəlbinə yedizdirəsən ki, yavaş-yavaş iştahaya gəlsin.
Çalışmalısan ki, qəlbinin qidalanmasında aza qane olmayasan. Deməyəsən ki, iki rəkət namaz bəsdir, yaxud filan xeyir əməli etmişəm daha bəsdir. Mənəviyyat aləmində "bəs" yoxdur. Dünyaya, bəs de, mənəviyyata yox. Mənəviyyatda nə qədər irəli gedə bilirsənsə, get.
"Onların qəlbləri də bomboşdur". ("İbrahim" surəsi, ayə 43.)
Ramazan ayı çeşmədir. Bir ömür rahat olmaq üçün iç! İç ki, canın həqiqət aləmi ilə bir olsun. Əgər insan öz nəfsini boşlasa, bu dünyanı öz yeyib-içmək yeri qərar verir və yalnız maddiyyatdan qidalanır. Bax gör, nəyə meylin vardır və onu et. Əgər halın varsa, Quran oxu, yoxdursa, namaz qıl. Əgər hövsələn yoxdursa, şer oxu. Mərifət əhlinin böyüklərindən bəziləri şer vasitəsilə halının dəyişdiyini deyir.
Ramazan ayında Qədr gecəsinə çatana qədər mənəviyyatdan qidalan.
"لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ"
"Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir!" ("Qədr" surəsi, ayə 3.)
Yəni, gəl sənə min ay miqdarında həqiqətlə qidalandırım. Bunun yolu yalnız şəriətə əməl etmək və Allahın hədlərinə riayət etməkdir.
"وَأَنِ اعْبُدُونِي ۚ هَٰذَا صِرَاطٌ مُسْتَقِيمٌ"
"Və Mənə ibadət edin, doğru yol budur?!" ("Yasin" surəsi, ayə 61.)
Bəndəlik, birbaşa tövhidə gedən yoldur və sapınması yoxdur. Həmn dəstur-əməllər bəndəliyi insan üçün ərməğan gətirir.
Həkimlərin (filosofların) təbirincə insan ürəyi mücərrəddir. Yəni bütün aləmlərdə ola bilər. Aşağı mərhələdə cənnətdən qidalanırsan, yuxarı mərhələlərdə isə Allahın ad və sifətlərindən. Ruhunu bağlılıq zəncirlərindən xilas etməlisən. Gərək bu çoxluğu sındırasan.
"أَلْهَاكُمُ التَّكَاثُرُ حَتَّىٰ زُرْتُمُ الْمَقَابِرَ"
"Çoxluq ilə öyünmək sizi o qədər şirnikləndirdi ki, hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz". ("Təkasur" surəsi, ayə 1-2.)
Əsl qəlb əhli-beytin (ə) qəlbidir. Həzrət Əli (ə) buyurur:
"قُلُوبُهُمْ فِي الْجِنَانِ وَ أَجْسَادُهُمْ فِي الْعَمَل"
Cəsədlərimiz dünyadadır amma qəlbimiz burada deyil və yuxarı aləmdədir.
Biz də özümüzü əhli-beytə (ə) oxşatmalıyıq.
00:32 / 09 Oktyabr 2026
37
00:11 / 09 Oktyabr 2026
67
00:04 / 09 Oktyabr 2026
469
00:01 / 09 Oktyabr 2026
78
23:50 / 08 Oktyabr 2026
71
23:27 / 08 Oktyabr 2026
86
23:13 / 08 Oktyabr 2026
107
23:10 / 08 Oktyabr 2026
76
23:03 / 08 Oktyabr 2026
130
23:01 / 08 Oktyabr 2026
181
22:50 / 08 Oktyabr 2026
200
22:41 / 08 Oktyabr 2026
90
22:19 / 08 Oktyabr 2026
82
22:06 / 08 Oktyabr 2026
130
21:58 / 08 Oktyabr 2026
101
21:53 / 08 Oktyabr 2026
92
21:36 / 08 Oktyabr 2026
98
21:29 / 08 Oktyabr 2026
93
21:28 / 08 Oktyabr 2026
1257
21:19 / 08 Oktyabr 2026
132
20:55 / 08 Oktyabr 2026
78
20:42 / 08 Oktyabr 2026
97
20:27 / 08 Oktyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.