Qaynar xətt:

(+99450) 247 90 86

"Bu ölkə addım-addım müharibəyə doğru sürüklənir" - Orbandan XƏBƏRDARLIQ

\\\"Bu ölkə addım-addım müharibəyə doğru sürüklənir\\\" - Orbandan XƏBƏRDARLIQ

CƏMİYYƏT

332

28.01.2023, 22:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Almaniyanın Ukraynaya tanklar göndərməsi almanları münaqişədə birbaşa iştiraka yaxınlaşdırır".

Bununla bağlı Macarıstanın baş naziri Viktor Orban xəbərdarlıq edib.

"Əvvəlcə almanlar oraya öldürücü silah göndərmək istəmədiklərini bildirərək əsgər dəbilqələrini göndərdilər", - Orban hökumətin sosial media səhifəsində yazıb.

O, əlavə edib ki, indi söhbət tanklara çatıb və artıq təyyarələrdən danışmağa başlayıb.

"Addım-addım almanlar müharibəyə doğru sürüklənir", - Macarıstanın baş naziri qeyd edib və əlavə edib ki, Macarıstan münaqişənin əvvəlindən sülh tərəfdarı olduğu üçün Ukrayna ordusunu silahla təmin etməkdən imtina edib.