Şad xəbər gəldi: Ödənişlərin 75 faizi silinir
09 Oktyabr 2026, 00:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
741
28.01.2023, 21:26
Yanvarın 27-də 43 yaşlı keçmiş "qanuni oğru" Rafet Əmirov Özbəkistanda saxlanılıb.
Milli.Az musavat.com-a istinadən bildirir ki, azərbaycanlı kriminalın iki dövlət- Rusiya və ABŞ İnterpol xətti ilə axtarışa veribmiş.
Rusiyada Rafet Əmirovu 2010-cu ildən Moskvada 32 yaşlı Əli Babayevin qətlinə görə axtarırmış. ABŞ-ın ittihamı isə daha ilgincdir. Xəbərdə bildirilir ki, Amerika R. Əmirovu İran hökumətinin sifarişi ilə iranlı müxalifətçinin öldürülməsini təşkil etməkdə ittiham edir.
Mənbənin sözlərinə görə, bu işdə Rafetin digər cinayətkar şəriki Polad Ömərov olub. Yanvarın 4-də isə Polad Ömərov Çexiyada həbs edilib. Bildirilir ki, Rafetlə Polad kirayəlik qatil tutublar. Onun həbsindən sonra isə o, sifarişçilərin və kimlərin öldürüləcəyinin adlarını çəkib. Bu barədə digər təfərrüat yoxdur.

Rusiyanın primecrime.ru saytı isə yazır ki, Polad Ömərov 2014-cü ildən mərhum "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) sayəsində kriminal aləmə daxil olub.

Polad Ömərovun tərcümeyi-halı "zəngindir". O, iki nəfərin oğurlanması və qətlə yetirilməsinə görə Ukrayna tərəfindən beynəlxalq axtarışa verilib. Və bu, onun ukraynalı qurbanlarının tam siyahısı deyil. O, Qazaxıstan, Çexiya və Bolqarıstan hüquq-mühafizə orqanlarının axtardığı şəxslər siyahısında olub. Lakin Polad Ömərov "qanuni oğru" adı almayıb. Ümumiyyətlə, xəbərlərə görə, onun potensial qurbanları əsasən, müxtəlif vaxtlarda Quliyə qarşı çıxanlar olub. Polad Ömərovun Lotu Qulinin qan qohumu olduğu deyilir. Qulinin qətlindən sonra Polad "qanuni oğru" Namiq Səlifovla yaxınlaşıb. Polad da Qulinin qətliamında əli olan hər kəsi cəzalandıracağına söz verib.
Nazir Əliyevin 2021-ci ilin dekabrında Odessada öldürülməsinin arxasında da Poladın dayandığı bildirilir. Yada salaq ki, Nazir Əliyev Quliyə yaxın adam olub və faktiki onun mühafizə xidmətinin rəisi vəzifəsində çalışıb. Quliyə sui-qəsdən əvvəl o, elə təşkil edib ki, qanuni oğru mühafizəçisiz qalıb. Sonradan məlum olub ki, qətldə onun da ciddi rolu olub. Cinayətdən sonra o, Odessada gizlənib. Yalnız Poladın göstərişi ilə Qulinin keçmiş cangüdəni Şöhrəddin Quliyev onun gizləndiyi yeri tapıb. Elə o da Əliyevi qətlə yetirən yerdə saxlanılıb və bütün günahı öz üzərinə götürüb.

Bir müddət əvvəl belə iddialar vardı ki, Polad Ömərov etibarlı şəxslər vasitəsilə Moskva vilayətində gül və göyərti biznesinə nəzarət etməyə çalışır. Onun Çexiyada hansı şəraitdə həbs edilməsinin təfərrüatı yoxdur.
Musavat.com-un xəbərinə görə, Rafet Əmirov əslən Şirvandadır, "Əlibayramlınski" ləqəbi ilə tanınır. Onun daha bir qardaşı Rüfət Əmirov da kriminal dairələrdə tanınmış avtoritetdir. Onların əvvvəllər Qulinin klanında olduğu deyilir. Rusiya nəşri yazır ki, Qulinin qətlindən cəmi üç ay sonra isə Rafeti döyüblər və "qanuni oğru" titulu "stoplanıb."
00:32 / 09 Oktyabr 2026
37
00:11 / 09 Oktyabr 2026
67
00:04 / 09 Oktyabr 2026
469
00:01 / 09 Oktyabr 2026
78
23:50 / 08 Oktyabr 2026
71
23:27 / 08 Oktyabr 2026
86
23:13 / 08 Oktyabr 2026
107
23:10 / 08 Oktyabr 2026
76
23:03 / 08 Oktyabr 2026
130
23:01 / 08 Oktyabr 2026
181
22:50 / 08 Oktyabr 2026
200
22:41 / 08 Oktyabr 2026
90
22:19 / 08 Oktyabr 2026
82
22:06 / 08 Oktyabr 2026
130
21:58 / 08 Oktyabr 2026
101
21:53 / 08 Oktyabr 2026
92
21:36 / 08 Oktyabr 2026
98
21:29 / 08 Oktyabr 2026
93
21:28 / 08 Oktyabr 2026
1257
21:19 / 08 Oktyabr 2026
132
20:55 / 08 Oktyabr 2026
78
20:42 / 08 Oktyabr 2026
97
20:27 / 08 Oktyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.