Qaynar xətt:

(+99450) 247 90 86

Səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəman kimdir?

Səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəman kimdir?

CƏMİYYƏT

361

27.01.2023, 15:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Azərbaycanın İrandakı səfirliyinə edilən terror aktı zamanı cinayətkarı zərərsizləşdirən şəxsin kimliyi məlum olub.
Oxu24.com-un məlumatına görə, həmin şəxs səfirliyimizin təhlükəsizlik xidmətinin əməkdaşı Vasif Tağıyevdir. O, səfirliyimizə edilən terror aktı zamanı silahlı şəxsin üstünə əliyalın atılıb və onu zərərsizləşdirib.
Əslən Şuşadan olan V. Tağıyev ailəlidir, üç övladı var. Xatırladaq ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki nəfər yaralanıb.