Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Azərbaycan xalqına başsağlığı verib

ABŞ Azərbaycan xalqına başsağlığı verib

CƏMİYYƏT

372

27.01.2023, 13:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan xalqına başsağlığı verib.

Oxu24.com  xəbər verir ki, bu barədə diplomatik korpusun feysbuk səhifəsində məlumat paylaşılıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.

Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.