Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80990
az

Ailədaxili münaqişələr nədən qaynaqlanır?

09:4220 Yanvar, 2023
132
CƏMİYYƏT
  • A

Bizim əsas işimiz ailə zəminində baş verən münaqişənin cinayətə çevrilmədən qarşısını almaqdır. Cinayət baş verdikdə onun nəticəsi ilə işləmək çox çətin olur.

Bu sözləri Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Məişət zorakılığı ilə iş üzrə sektorunun baş məsləhətçisi Tural Hüseynzadə deyib.

"Ümumi zorakılığın üç növü var. Məişət zəminində törədilən zorakılığın isə dörd növü var. Ölkəmizdə ən geniş yayılanı fiziki, psixoloji zorakılıqdır. Bizdə olan rəsmi məlumatlarda iqtisadi və cinsi zorakılığa az rast gəlirik. Demək olar, əksər ailələrdə məişət zorakılığı özünü müəyyən formalarda büruzə verir. Hər bir zorakılığın arxasında psixoloji problem durur. Bəzən bu durumlar qətllə də nəticələnə bilir. Psixoloji zorakılığa gətirən əsas səbəblər anlaşılmazlıqdan, kənar müdaxilələrdən, bir-birinə vaxt ayırmamaqdan da qaynaqlanır."
Ətraflı
Ad - 00:13

Komitə rəsmisinin sözlərinə görə, problemlərdən biri də zorakılıqla bağlı müraciətlərin vaxtında edilməməsidir:

"Zoraklıqla bağlı mübarizəmizin birinci istiqaməti odur ki, daha əvvəldən bizə müraciət etsinlər. Çünki nə qədər erkən müdaxilə olsa, məsələ fiziki münaqişə zəmininə, qətlə qədər gəlib çıxmaz. Bəzən zorakılığa məruz qalan insan barədə araşdırma apararkən məlum olur ki, heç kimə problemi ilə bağlı müraciət etməyib. Məişət zorakılıqlarının başında psixoloji zorakılıq dayanır. Ən son həddi isə fiziki zorakılıqdır. Bu səbəbdən bölgələr üzrə daha çox ucqar kəndlərə mütəxəssislər cəlb olunur. Bir problem yarandıqda müraciət edin. Vətəndaş Komitəyə müraciət etdikdə, əgər nömrəsi yoxdursa, həmin vətəndaşın problemi yerli icra hakimiyyətlərində yerləşən monitorinq mərkəzlərimiz tərəfindən araşdırılır", - deyə T.Hüseynzadə bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu