Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
09 Oktyabr 2026, 22:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
873
19.01.2023, 17:33
Polis əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində ölkə ərazisində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan İran vətəndaşlarının təşkil etdiyi 4 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıblar.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında baş tutan tədbir zamanı paytaxt ərazisində müvəqqəti yaşayan Tibb Universitetinin tələbələri olan qeyd edilən ölkənin vətəndaşları Ata Maleki, qardaşı Pouya, həmçinin qohumu Ali Maleki və Shishen Maleki saxlanılıblar.
Onların üzərindən və birgə yaşadıqları evdən 1 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitələr, narkotiklərin satışından əldə etdikləri külli miqdarda pul vəsaiti və elektron tərəzilər aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq İran vətəndaşları ilə birlikdə narkotiklərin satışında əlbir olan Heybət Həsənov da tutularaq istintaqa təqdim edilib. Bu şəxsdən isə 2 kiloqramdan artıq marixuana və 4 ədəd çətənə kolu aşkar olunub.
İlkin sorğu zamanı dəstə üzvləri “Araz” və “Hüseyn” adlı şəxsiyyəti istintaqla araşdırılan həmvətənlərinin göstərişi ilə Bakı şəhəri və Respublikanın digər bölgələrində narkotik vasitələrin onlayn satışını, həmçinin qanunsuz dövriyyəsini təşkil etdikləri bildiriblər. Bu məqsədlə dəstə üzvləri narkoşəbəkə yaradaraq müxtəlif yalan və şirnikləndirici vədlər müqabilində əsasən gəncləri narkokuryerliyə cəlb etməyə çalışıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Ata, Pouya, Ali və Shishen Malekilər, eləcə də Heybət Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
22:31 / 09 Oktyabr 2026
1
22:27 / 09 Oktyabr 2026
24
22:13 / 09 Oktyabr 2026
35
21:58 / 09 Oktyabr 2026
54
21:54 / 09 Oktyabr 2026
40
21:52 / 09 Oktyabr 2026
60
21:45 / 09 Oktyabr 2026
67
21:33 / 09 Oktyabr 2026
71
21:30 / 09 Oktyabr 2026
62
21:23 / 09 Oktyabr 2026
94
21:15 / 09 Oktyabr 2026
82
21:10 / 09 Oktyabr 2026
163
21:10 / 09 Oktyabr 2026
1609
20:59 / 09 Oktyabr 2026
66
20:55 / 09 Oktyabr 2026
73
20:42 / 09 Oktyabr 2026
90
20:28 / 09 Oktyabr 2026
111
20:12 / 09 Oktyabr 2026
82
20:01 / 09 Oktyabr 2026
89
19:49 / 09 Oktyabr 2026
78
19:38 / 09 Oktyabr 2026
80
19:25 / 09 Oktyabr 2026
185
19:20 / 09 Oktyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.