Qaynar xətt:

(+99450) 247 90 86

Dəniz quldurluğu hansı məsuliyyətə səbəb olur? - HÜQUQİ YARDIM 

Dəniz quldurluğu hansı məsuliyyətə səbəb olur? - HÜQUQİ YARDIM 

CƏMİYYƏT

305

19.01.2023, 15:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

 

Bu dəfə təqdim etdiyimiz  mövzu  dəniz quldurluğu ilə bağlıdır.

 

Cinayət Məcəlləsinin  219-1.1. Dəniz quldurluğu, yəni özgənin əmlakını ələ keçirmək məqsədi ilə zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə dəniz və çay gəmisinə edilən basqın - beş ildən on ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

219-1.2. Eyni əməllər:

219-1.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

219-1.2.2. silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə -

səkkiz ildən on iki ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

219-1.3. Eyni əməllər:

219-1.3.1. təkrar törədildikdə;

219-1.3.2. mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;

219-1.3.3. ehtiyatsızlıqdan şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda -on iki ildən iyirmi ilədək azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Hazırladı: Miri Məcidli