Qaynar xətt:

(+99450) 247 90 86

İmişlidə 15 yaşlı futbolçu faciəvi şəkildə öldü - FOTO

İmişlidə 15 yaşlı futbolçu faciəvi şəkildə öldü - FOTO

CƏMİYYƏT

410

19.01.2023, 14:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İmişlidə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

OXU24.COM "Qafqazinfo"ya istinadən bildirir ki, dünən saat 21 radələrində İmişli şəhəri, Nəriman Nərimanov küçəsində yaşayan 2007-ci il təvəllüdlü Feyziyev Miryusif Rövşən oğlu hamamda çimərkən dəm qazından zəhərlənib.

Dərhal təcili tibbi yardım briqadası çağırılsa da, yeniyetmənin vəfat etdiyi məlum olub.

Qeyd edək ki, orta məktəbin 9-cu sinif şagirdi olan Miryusif "İmişli" futbol klubunun yeniyetmələrdən ibarət yığmasında qapıçı olaraq çıxış edirmiş.

Faktla bağlı araşdırma aparılır.