AAYDA: Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
09 Oktyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
486
18.01.2023, 21:13
Bu gün daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2022-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
DİN-in Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, nazir V.Eyvazov 2022-ci ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki xidməti fəaliyyətini ümumən müsbət qiymətləndirib.
Bakı şəhər BPİ-nin, eləcə də onun aidiyyəti struktur qurumlarının və rayon polis idarələrinin rəhbər heyətindən 2023-cü ildə xidməti fəaliyyətdə əsas diqqəti şəxsi heyət arasında nizam-intizamın möhkəmləndirilməsinə, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının qətiyyətlə alınmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunmasına, ən əsası isə vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin olunmasına yönəltməyi tələb edib.
Sonra Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Əkbər İsmayılov hesabat dövrünün yekunları və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.
Əməliyyat müşavirəsinə yekun vuran nazir vətəndaşların mənzil başına rahat və təhlükəsiz çatmaları üçün aidiyyəti orqanlarla birlikdə paytaxtda nəqliyyat sıxlığının və tıxacların qarşısının alınmasının, yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyatın normal axınına maneçilik törədən avtomobillərin kənarlaşdırılmasının, eləcə də sərnişindaşıma sahəsində olan nöqsanların aradan qaldırılmasının vacibliyinə toxunub.
Ümumbəşəri bəlaya çevirilmiş narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə diqqət çəkən nazir V.Eyvazov antinarkotik təbliğatın daha da gücləndirilməsi, bu məqsədlə təhsil müəssisələrində gənclərlə mütəmadi görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb, narkotiklərlə mübarizədə vətəndaşların da polisə dəstək olduğunu qeyd edərək onlara təşəkkürünü bildirib.
23:59 / 09 Oktyabr 2026
33
23:57 / 09 Oktyabr 2026
1615
23:54 / 09 Oktyabr 2026
75
23:51 / 09 Oktyabr 2026
67
23:49 / 09 Oktyabr 2026
56
23:44 / 09 Oktyabr 2026
60
23:39 / 09 Oktyabr 2026
78
23:27 / 09 Oktyabr 2026
480
23:25 / 09 Oktyabr 2026
66
23:22 / 09 Oktyabr 2026
66
23:17 / 09 Oktyabr 2026
63
23:03 / 09 Oktyabr 2026
62
22:57 / 09 Oktyabr 2026
74
22:47 / 09 Oktyabr 2026
72
22:31 / 09 Oktyabr 2026
62
22:27 / 09 Oktyabr 2026
75
22:13 / 09 Oktyabr 2026
99
21:58 / 09 Oktyabr 2026
80
21:54 / 09 Oktyabr 2026
70
21:52 / 09 Oktyabr 2026
82
21:45 / 09 Oktyabr 2026
97
21:33 / 09 Oktyabr 2026
103
21:30 / 09 Oktyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.