Qaynar xətt:

(+99450) 247 90 86

Salyanda yolda uzanan şəxsi vururaq qaçan sürücü saxlanılıb

Salyanda yolda uzanan şəxsi vururaq qaçan sürücü saxlanılıb

CƏMİYYƏT

370

18.01.2023, 12:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Salyanda yolun üzərində uzanan şəxsi vururaq qaçan sürücü saxlanılıb.

Bu barədə Oxu24.com-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 16-da saat 23 radələrində Salyan şəhəri ərazisində şəhər sakini Yaşar Novruzov  müəyyən edilməyən avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Renault” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin avtomobilin sürücüsü, Salyan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Niftiyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.