Emil Rəhimov DVX-də baş idarə rəisi təyin olundu
10 Oktyabr 2026, 02:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
350
16.01.2023, 12:33
Vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və onların əlavə maliyyə itkilərinə məruz qalmaması məqsədilə aparılan əməliyyatlar üzrə ƏDV məbləğinin əsas məbləğ ödənildikdən sonra 1 iş günü müddətində ödənilməsi imkanı yaradılıb.
Oxu24.com xəbər verir ki, bu barədə iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Bununla bağlı Vergi Məcəlləsinə müvafiq dəyişiklik edilib.
Beləliklə, bundan sonra vergi ödəyiciləri əsas məbləğin ödənildiyi gün ƏDV məbləğinin ödənilməməsinə görə maliyyə sanksiyasına məruz qalmayacaqlar.
Qeyd edək ki, Vergi Məcəlləsinin dəyişikliyə qədər qüvvədə olan tələblərinə əsasən, vergi ödəyicisi tərəfindən ƏDV-nin məbləği alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmadan ödənilməli idi. Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən isə vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 %-i miqdarında maliyyə sanksiyası tətbiq edilirib.
Aparılan əməliyyat üzrə ƏDV-nin ödənilməsi vaxtı ilə bağlı tələb əməliyyatın əsas məbləğinin ödənilməsi ilə eyni gündə olduğundan, praktikada vergi ödəyicisindən asılı olmayan səbəblərdən, məsələn, banklar tərəfindən köçürmə əməliyyatının növbəti gün icra edilməsi səbəbindən bu müddət ötürülür və nəticədə vergi ödəyicisi maliyyə sanksiyası ilə üzləşirdi.
02:13 / 10 Oktyabr 2026
1
00:16 / 10 Oktyabr 2026
71
23:59 / 09 Oktyabr 2026
89
23:57 / 09 Oktyabr 2026
1739
23:54 / 09 Oktyabr 2026
154
23:51 / 09 Oktyabr 2026
106
23:49 / 09 Oktyabr 2026
74
23:44 / 09 Oktyabr 2026
88
23:39 / 09 Oktyabr 2026
112
23:27 / 09 Oktyabr 2026
717
23:25 / 09 Oktyabr 2026
90
23:22 / 09 Oktyabr 2026
81
23:17 / 09 Oktyabr 2026
74
23:03 / 09 Oktyabr 2026
73
22:57 / 09 Oktyabr 2026
85
22:47 / 09 Oktyabr 2026
83
22:31 / 09 Oktyabr 2026
69
22:27 / 09 Oktyabr 2026
84
22:13 / 09 Oktyabr 2026
106
21:58 / 09 Oktyabr 2026
87
21:54 / 09 Oktyabr 2026
80
21:52 / 09 Oktyabr 2026
88
21:45 / 09 Oktyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.