Emil Rəhimov DVX-də baş idarə rəisi təyin olundu
10 Oktyabr 2026, 02:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
280
15.01.2023, 17:10
İllər ötdükcə ürək və beyin başda olmaqla, bəzi orqanlarımızda dəyişikliklər meydana gəlir.
OXU24.COM Axşam.az-a istinadən bildirir ki, sağlam qidalanmaq, müntəzəm idman etmək, stressdən və zərərli vərdişlərdən uzaq durmaq orqanizmimizin qocalmasının qarşısını alır.
Ən tez qocalan 5 orqan və onların fəaliyyətinin pozulmasının qarşısını almaq üçün faydalı məsləhətləri təqdim edirik:
Beyin - 30 yaşdan sonra beyin hüceyrələri yavaş-yavaş ölür və toxumalarda kiçilmələr başlayır. 50 yaşa çatdıqda beyinin çəkisində azalmalar başlayır və hər 10 ildən bir bu göstərici 2-3% artır. Bununla əlaqədar yeni məlumat öyrənmək bacarığı getdikcə zəifləyir. Həmin yaş dövrünədək öyrənilən biliklər isə öz fəallığını qoruyub saxlayır. Beyinin qocalmasının qarşısını almaq üçün həftədə ən azı 2 dəfə balıq yeməli, siqaret, spirtli içkidən uzaq durmalısınız. Zehni inkişaf etdirən əyləncələr - krassvord həll etmək, gündəlik xəbərləri oxumaq beyinin sağlamlığı üçün faydalıdır.
Ürək - 40 yaşdan etibarən ürək qocalır və çəkisi bir qədər artır. Arterial damarın dəqiqədə ötürdüyü qanın miqdarında getdikcə azalma müşahidə olunur. Bu azalma hər il 1% artır. Ürəyinizi qorumaq üçün siqaretdən, yağlı yeməklərdən uzaq durmaq lazımdır. Potaşla zəngin olan minerallardan ibarət qidalar qəbul edilməlidir: banan, ərik, kartof, sarımsaq və s. Hər gün açıq havada gəzmək faydalıdır.
Göz - 40 yaşdan sonra yaxınlıqdakı məsafəni uzaq görməyə başlayırıq. Bu yaşdan etibarən göz almasının sərtliyi artır. Normal göz 40 yaşda +1, 50 yaşda +2, 60 yaşda +3 nömrəli yaxın məsafələr üçün eynəyə ehtiyac duyur. Göz sağlamlığını qorumaq üçün C və E vitaminləri ilə zəngin olan qidalar qəbul edilməlidir. Vaxtaşırı göz müayinəsindən keçmək də məsləhətdir.
Qulaq - 30 yaşdan sonra eşitmə siniri zəifləyir. Çünki qulağa qan ötürən damarlar funksiyalarını tədricən tam yerinə yetirə bilmir. Beyindəki eşitmə mərkəzi yaşla əlaqədar olaraq fəaliyyətində zəifləyir. Bu cür problemlərin qarşısını almaq üçün yüksək səslə musiqi dinləmək olmaz lazım. Vaxtında həkim müayinəsi də faydalıdır.
Sümüklər - müəyyən yaşdan sonra qadınlarda menstruasiya tsiklinin dayanması və D vitaminin azalması səbəbindən sümüklərdə ərimələr başlayır. Bunun qarşsıını almaq üçün bol-bol günəş enerjisi qəbul etmək lazımdır.
02:13 / 10 Oktyabr 2026
144
00:16 / 10 Oktyabr 2026
140
23:59 / 09 Oktyabr 2026
148
23:57 / 09 Oktyabr 2026
2015
23:54 / 09 Oktyabr 2026
828
23:51 / 09 Oktyabr 2026
188
23:49 / 09 Oktyabr 2026
100
23:44 / 09 Oktyabr 2026
143
23:39 / 09 Oktyabr 2026
176
23:27 / 09 Oktyabr 2026
1163
23:25 / 09 Oktyabr 2026
108
23:22 / 09 Oktyabr 2026
105
23:17 / 09 Oktyabr 2026
88
23:03 / 09 Oktyabr 2026
98
22:57 / 09 Oktyabr 2026
101
22:47 / 09 Oktyabr 2026
100
22:31 / 09 Oktyabr 2026
88
22:27 / 09 Oktyabr 2026
98
22:13 / 09 Oktyabr 2026
130
21:58 / 09 Oktyabr 2026
107
21:54 / 09 Oktyabr 2026
98
21:52 / 09 Oktyabr 2026
98
21:45 / 09 Oktyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.