Qaynar xətt:

(+99450) 247 90 86

TƏCİLİ! Vardanyan Qarabağdan uzaqlaşdırılıb

TƏCİLİ! Vardanyan Qarabağdan uzaqlaşdırılıb

CƏMİYYƏT

656

14.01.2023, 23:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Qarabağ separatçılarının “hökumət”inin “dövlət naziri” “vəzifəsindən” azad ediləcək.

 

Oxu24.com  erməni mediasına  istinadən  xəbər  verir ki, məlumatı eyni anda bir neçə erməni mənbəsi təsdiqləyir.


Qeyd olunur ki, Qarabağ separatçılarının lideri Arayik Arutyunyan birbaşa Vardanyana deyib ki, o, “vəzifəsini tərk etməlidir”. Müvafiq "sərəncam" sabah dərc olunacaq.

Erməni mənbələrinin məlumatına görə, bu qərar Ruben Vardanyanın Qarabağda vəziyyəti daha da destabilləşdirən son qalmaqallı bəyanatlarına görə verilib.

O da bildirilir ki, qərar qəbul etməzdən əvvəl Arutyunyan separatçı qurumun Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirib və məsləhətləşmələrdən sonra belə bir qərar qəbul edib.

Eyni zamanda, Vardanyan özü də bəyan edib ki, o, “istefa” vermək fikrində deyil. 

 

Tərcümə: Miri Məcidli