UNUDULMUŞ NƏĞMƏ - Adil Şirinin QƏLƏMİNDƏN
10 Oktyabr 2026, 12:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
408
13.01.2023, 11:00
Hicama barədə çox soruşurlar. Dəbdə olan "müalicə" üsuludur.
Tibdə belə bir olmasa da, pasiyentlərin az qala hər dərd üçün bu hicamaya ümidli olması bizi açıqlama verməyə vadar edir.
"Medicina" xəbər verir ki, həkim terapevt Aqil Axundov hicamaya münasibətini açıqlayıb.
"İnternetdə araşdırdım, hicama edənlər sonsuzluğa qədər onlarla xəstəliyin "müalicəsini" vəd edir.
Sözün düzünə qalanda, bilirəm ki, məni daşqalaq edəcəklər.
Sadəcə deyim ki, qan özü də orqandır. Necə ki, qaraciyər, ağciyər, öd. Siz niyə onu kəsib bayıra atırsız? Niyə azaldırsız. Qaraciyərinizi təmizləmək üçün kəsirsiz? Yox. Ürəyinizi kəsirsiz? Yox.
Venoz qanın rəngi tünd olur, ona niyə çirkli qan deyirsiz? Çirkli ürək olur? Ağciyər olur? Olmur axı. Bu anormallıqdır. İnsan sağlamdırsa, onun müxtəlif orqanları niyə "yuyulmalıdır". Bu nə düşüncədir? Mən niyə böyrəyimi, ürəyimi kəsməliyəm. Amma qan nəyə görəsə təmizlənməlidir, axıdılmalıdır. Minimum 30-50 qramını bayıra axıdırlar.
Çox təəssüf ki, bunu edirlər, buna inanırlar. Bilin ki, hicamanın mənası yoxdur, heç bir dərdin müalicəsi deyil. Boşuna qanınızı axıtmayın.
Xəstələnəndə sadəcə inandığınız həkimə müraciət edin".
12:50 / 10 Oktyabr 2026
51
12:30 / 10 Oktyabr 2026
50
12:15 / 10 Oktyabr 2026
65
12:10 / 10 Oktyabr 2026
74
11:51 / 10 Oktyabr 2026
111
11:45 / 10 Oktyabr 2026
74
11:33 / 10 Oktyabr 2026
96
11:26 / 10 Oktyabr 2026
2504
11:11 / 10 Oktyabr 2026
951
10:50 / 10 Oktyabr 2026
123
10:35 / 10 Oktyabr 2026
113
10:31 / 10 Oktyabr 2026
92
10:26 / 10 Oktyabr 2026
98
10:24 / 10 Oktyabr 2026
70
10:23 / 10 Oktyabr 2026
71
09:40 / 10 Oktyabr 2026
70
02:13 / 10 Oktyabr 2026
216
00:16 / 10 Oktyabr 2026
242
23:59 / 09 Oktyabr 2026
179
23:57 / 09 Oktyabr 2026
2332
23:54 / 09 Oktyabr 2026
1778
23:51 / 09 Oktyabr 2026
243
23:49 / 09 Oktyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.