Qaynar xətt:

(+99450) 247 90 86

Vasif Talıbovun qızı vəzifəsindən AZAD EDİLDİ - FOTO

Vasif Talıbovun qızı vəzifəsindən AZAD EDİLDİ - FOTO

CƏMİYYƏT

536

12.01.2023, 10:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Naxçıvan Bank” ASC-nin Müşahidə Şurası (MŞ) yenidən formalaşdırılıb.

 

Oxu24.com  bu barədə Banka istinadən xəbər verir.

 

Məlumata görə, indiyə qədər MŞ-ya sədrlik edən Əsədulla İsgəndərov vəzifəsindən azad edilib, onun yerinə Binnət Novruzov təyin olunub. Keçmiş sədr bundan sonra Şuranın üzvü kimi fəaliyyət göstərək, onunla birlikdə Şurada həm də Rüfət Məmmədov üzv kimi təmsil olunacaq.

 

Bundan başqa, indiyə qədər Şuranın üzvləri olan Baharxanım Talıbova (Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qızı) və Rifat Mahmudov da vəzifələrindən azad ediliblər.


 

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Bankın səhmdarları adları açıqlanmayan 4 fiziki şəxsdir. Onun nizamnamə kapitaklı 94 milyon dollardır.