Qaynar xətt:

(+99450) 247 90 86

Tanınmış jurnalist dünyasını dəyişdi - FOTO

Tanınmış jurnalist dünyasını dəyişdi - FOTO

CƏMİYYƏT

239

12.01.2023, 08:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tanınmış jurnalist Mehdi Mükərrəmoğlu vəfat edib.

OXU24.COM  xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Qeyd edək ki, Mehdi Mükərrəmoğlu uzun müddət “Kino” qəzetinin baş redaktoru olub. “Xalq qəzeti”nın əməkdaşı kimi fəaliyyətini davam etdirən istedadlı jurnalist bir neçə kitabın müəllifidir.

Mehdi Mükərrəmoğlu Qubadlı rayonunun Dondarlı kəndində dünyaya göz açıb. Orta məktəbi başa vurduqdan sonra BDU-nun kitabxanaçılıq fakültəsinə daxil olub.

Qeyd edək ki, uzun illər ömrünü jurnalistikamızın inkişafına həsr edən ustadın ötən il 70 illik yubileyi qeyd edilib.

Mehdi Mükərrəmoğlu ailəli idi. 3 övladı var.

Allah rəhmət eləsin!