Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80485
az

Bu muzey təkcə Azərbaycandadır - VİDEO - FOTO

10:4712 Yanvar, 2023
140
CƏMİYYƏT
  • A

Lerik rayonu Azərbaycanın ən səfalı rayonlarından biridir. Nadir ağacları, sərin bulaqları, zümrüd meşələri, tarixi abidələri ilə tanınan Lerik uzunömürlülər diyarı kimi də məşhurdur. Dünyanın yeganə Uzunömürlülər Muzeyinin Lerik rayonunda yerləşməsi də məhz elə bununla əlaqəlidir.

OXU24.COM AZƏRTAC-a istinadən bildirir ki, Uzunömürlülər Muzeyi 1991-ci ildən fəaliyyət göstərir. Muzeyin yaradılmasının əsas səbəbi rayonda uzunömürlü insanların çox olmasıdır.

Muzeyin binası müasir memarlıq elementlərindən istifadə edilməklə inşa olunub. İki salondan ibarət muzeydə yaşı yüzdən yuxarı olan 500-dən çox lerikli haqqında 2 mindən artıq eksponat, o cümlədən maraqlı məlumatlar, fotoşəkillər nümayiş etdirilir.

Burada dünyanın ən uzunömürlü sakini adını qazanmış Şirəli Müslümova, Mahmud Eyvazova və Məcid Ağayevə aid ayrıca stendlər yaradılıb.

Uzunömürlülər Muzeyinin direktoru Dilarə Fətullayeva deyir ki, Lerikdə uzun ömür sürmüş insanların sayı Azərbaycanın digər bölgələri ilə müqayisədə daha çox olub. Dünyanın ən yaşlı sakini - 168 il yaşamış Şirəli Müslümov Lerikin Barzavu kəndindəndir. Bu, Lerikin ən yüksək dağ kəndlərindən biridir. Onun atası 110, anası 90 il ömür sürüb.

Lerikdə ən uzunömürlü qadın 134 yaşlı Cəngəmiran kənd sakini Qızıl Quliyeva olub.
 

Dilarə Fətullayeva bildirir ki, muzeyə gələn xarici qonaqlar ona uzunömürlülüyün sirləri ilə bağlı çoxlu suallar verirlər: "Uzun ömür sürməyin əsas səbəbi rayonun çox gözəl təbiətə, dağ havasına, təmiz suya malik olmasıdır. Digər bir səbəb isə əlbəttə ki, genetika ilə bağlıdır. İnsanın daimi hərəkətdə olması da başlıca səbəblərdəndir. Uzun ömür sürmüş bütün adamlar daim səhərdən axşama qədər hərəkətdə olublar."

Direktor deyir ki, muzey böyük turizm potensialına malik Lerikə əlavə səyahət həvəskarlarının gəlməsinə səbəb olur: "Yola saldığımız 2022-ci ildə muzeyi 1700-dən çox turist ziyarət edib. Onların 300-dən çoxu xarici turistlərdir. Gələn xarici qonaqlara uzunömürlülüyün sübutu kimi yaşlı insanların kimlik sənədləri - pasportlar göstərilir."

Uzunömürlülər Muzeyində təkcə yaşlı insanların şəkilləri nümayiş etdirilmir, burada onlara məxsus olan fotolar, etnoqrafik materiallar, yaşadıqları dövrə aid şəxsi əşyaları, əl işləri saxlanılır.

Qeyd edək ki, Lerikdə 168 il yaşamış Şirəli Müslümov "Ginnesin rekordlar kitabı"na düşüb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR
Vətəndaşların nəzərinə: bu ərazidə su olmayacaq

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi