Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
10 Oktyabr 2026, 17:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
335
10.01.2023, 11:32
Baş Dövlət Yol Polisi (DYP) İdarəsi piyadalara su sıçradan sürücülərə xəbərdarlıq edib.
Oxu24.com -un məlumatına görə, İdarənin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev bildirib ki, hazırda respublikanın bəzi bölgələrində və paytaxtda qarlı hava şəraiti hökm sürür ki, bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırır.
Onun sözlərinə görə, qarlı havalarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalının artması yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaradır: "Mövcud hava şəraitini nəzərə alaraq, hər bir hərəkət iştirakçısı yollarda daha məsuliyyətli olmalıdır. Xüsusilə, sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də şinlərin mövsümə uyğun olmasına və əyləc sisteminin sazlığına əmin olmalı, qar sularının yollarda yaratdığı gölməçələrdən keçərkən ehtiyatlı olmalı, ətrafdakı insanları nəzərə almalıdırlar".
"Unutmaq olmaz ki, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılması qeyri-etik davranış olmaqla yanaşı, həm də inzibati məsuliyyət yaradır. Belə sürücülər aşkar edildiyi təqdirdə barələrində İnzibati Xətalar Məcəlləsinin 342.1.5 maddəsi ilə inzibati tənbeh tədbirləri tətbiq ediləcək.
Nəzərə almaq lazımdır ki, şaxtalı havada piyadaların suyla islanması xoşagəlməz bir hal yaradır.
Bütün sürücülər yollarda hərəkət edərkən piyadalarıda nəzərə almalıdırlar. Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də bir sıra çətinliklər yaratdığını qeyd etməklə yanaşı, təhlükəsizlik baxımından onları da məsuliyyətli olmağa çağırır, tələskənliyə yol verməməyi, yollarda avtomobilin olmadığından tam əmin olduqdan sonra yolu qarşıdan qarşıya keçməyi tövsiyyə edirik" - R.Tağıyev əlavə edib.
17:42 / 10 Oktyabr 2026
16
17:34 / 10 Oktyabr 2026
41
17:30 / 10 Oktyabr 2026
55
16:47 / 10 Oktyabr 2026
75
16:31 / 10 Oktyabr 2026
85
15:59 / 10 Oktyabr 2026
865
15:55 / 10 Oktyabr 2026
105
15:29 / 10 Oktyabr 2026
106
15:23 / 10 Oktyabr 2026
131
15:15 / 10 Oktyabr 2026
133
15:14 / 10 Oktyabr 2026
109
15:05 / 10 Oktyabr 2026
110
14:55 / 10 Oktyabr 2026
276
14:37 / 10 Oktyabr 2026
1219
14:34 / 10 Oktyabr 2026
106
14:28 / 10 Oktyabr 2026
6218
14:09 / 10 Oktyabr 2026
468
14:07 / 10 Oktyabr 2026
145
13:54 / 10 Oktyabr 2026
643
13:33 / 10 Oktyabr 2026
309
12:50 / 10 Oktyabr 2026
153
12:30 / 10 Oktyabr 2026
94
12:15 / 10 Oktyabr 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.