Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq görün hansı məşhurun oğludur - FOTOLAR
10 Oktyabr 2026, 19:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
350
09.01.2023, 13:33
Havaların qarlı olması səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır texnika və canlı qüvvə yolların təmizlənməsi üçün fasiləsiz xidmətə başlayıb. Ağsu dolaylarında axşamdan yağaraq 10 santimetr hündürlüyündə örtük əmələ gətirən qar ağır texnikalar vasitəsilə və duz səpilməklə təmizlənib.
Enişli-yoxuşlu, döngəli olan Ağsu dolaylarında hazırda yol hər iki istiqamətdə açıqdır.
OXU24.COM AZƏRTAC-a istinadən bildirir ki, bu barədə 4 nömrəli "Magistral Yolların İstismarı" MMC-nin sahə rəisi Eldar İsrafilov bildirib. Hazırda avtomobillərin sərbəst hərəkət etdiyini və sutka ərzində heç bir hadisənin baş vermədiyini deyən sahə rəisi qeyd edib ki, dumana görə sürücülərin alternativ yollardan istifadəsi daha məqsədəuyğundur. "Qar fasiləsiz olaraq yağır. Əgər qar həddən artıq yağarsa, 4 nömrəli idarənin işçiləri və ağır texnikaları yolu təmizləmək üçün hazır vəziyyətdədir. Qarı təmizləsək də, axşam saatlarında həmişə şaxta ilə əlaqədar buzlaşma gedir. Bu buzlaşma nəticəsində Ağsu dolaylarında həmişə duman olduğunu nəzərə alaraq, köhnə şinli avtomobillərin sürücülərindən müvəqqəti olaraq başqa yoldan istifadə etmələri xahiş olunur. Bakı-Qazax yolu bu baxımdan daha məqsədəuyğundur. Yolları qardan nə qədər təmizləsək də, köhnə şinli avtomobillərin buradan hərəkəti tövsiyə olunmur. Yaxın bir-iki gün ərzində qar daha da çoxalacaq. Ona görə də bu avtomobillərə sahib sürücülər alternativ yollardan istifadə etməlidirlər", - deyə o bildirib.
Xatırladaq ki, gecə saatlarından yağmağa başlayan qar Ağsu, İsmayıllı, Şamaxı rayonlarında bu saatlarda da davam edir.
19:16 / 10 Oktyabr 2026
27
19:01 / 10 Oktyabr 2026
82
18:48 / 10 Oktyabr 2026
67
18:31 / 10 Oktyabr 2026
62
18:21 / 10 Oktyabr 2026
65
18:09 / 10 Oktyabr 2026
70
17:42 / 10 Oktyabr 2026
101
17:34 / 10 Oktyabr 2026
100
17:30 / 10 Oktyabr 2026
88
16:47 / 10 Oktyabr 2026
94
16:31 / 10 Oktyabr 2026
114
15:59 / 10 Oktyabr 2026
1144
15:55 / 10 Oktyabr 2026
146
15:29 / 10 Oktyabr 2026
128
15:23 / 10 Oktyabr 2026
172
15:15 / 10 Oktyabr 2026
188
15:14 / 10 Oktyabr 2026
127
15:05 / 10 Oktyabr 2026
134
14:55 / 10 Oktyabr 2026
320
14:37 / 10 Oktyabr 2026
1716
14:34 / 10 Oktyabr 2026
126
14:28 / 10 Oktyabr 2026
7766
14:09 / 10 Oktyabr 2026
571
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.