Qaynar xətt:

(+99450) 247 90 86

Bu ürək-damar xəstəliklərinin əlaməti ola bilər

Bu ürək-damar xəstəliklərinin əlaməti ola bilər

CƏMİYYƏT

285

09.01.2023, 14:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Qəbizlik ürək-damar xəstəlikləri əlaməti ola bilər.
 
Bu barədə Harvard Tibb Məktəbinin mütəxəssisləri bildirib.
 
Alimlərin məlumatına görə, qeyd edilən problem ürək-damar xəstəliklərinin erkən əlaməti ola bilər. Bu halda gərginliyə görə qan təzyiqinin yüksəlməsi mümkündür. Həmin səbəbdən isə ürəyin işemik xəstəliyinin inkişafı riski artır.
 
"Qəbizlik zamanı bağırsaqların mikrobiotasındakı dəyişikliklər ateroskleroza səbəb ola bilər. Bunun eyni zamanda qan təzyiqinin artımına və ürək-damar xəstəliklərinə yol açması mümkündür", - alimlər xəbərdarlıq ediblər.
 
Mütəxəssislər həmçinin bildiriblər ki, qəbizlik vaxtı gərginlik qan təzyiqinin artımına səbəb olur. Bu isə ürək çatışmazlığına, aritmiyaya, aorta diseksiyasına yol açır.