Qaynar xətt:

(+99450) 247 90 86

Borc alaraq həccə getmək olarmı?

Borc alaraq həccə getmək olarmı?

CƏMİYYƏT

290

09.01.2023, 17:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Uca Allah, Ali İmran surəsi 97-ci ayəsində belə buyurmaqdadır:

"...Ora getməyə gücü çatanların o evə (Kəbəyə) həcc ziyarəti etməsi, insanların Allah qarşısındakı borcudur. Kim bunu inkar edərsə, bilsin ki Allah aləmlərə möhtac deyildir..."

Ayədən gördüyümüz kimi, Həcc ziyarətinə getmək, maddi və mənəvi imkanları olan şəxslərə vacib qılınmışdır. Bu səbəblə imkanı olmayan şəxslərin oraya ömrü boyu getməməsi, yəni sözün əsl mənasında gedə bilməməsi onlar üçün günah sayılmaz.

Borc alaraq gedən insana; əgər borcu qaytarmaq imkanı olan ya da hardansa alacağı olan biri borç alıb həccə gedirsə, ona bir şey deyə bilmərik. Ona bunu qadağan edən hər hansı bir hökm yoxdur.