Qaynar xətt:

(+99450) 247 90 86

Antibiotik qəbul edən gün hansı qidaları yeməli?

Antibiotik qəbul edən gün hansı qidaları yeməli?

CƏMİYYƏT

280

07.01.2023, 21:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Antibiotiklə müalicə kursu zamanı bir neçə qidalanma qaydasına əməl etsəniz, onun bağırsaqlara fəsadı az olar.

OXU24.COM xəbər verir ki, qastroenteroloq Yuliya Alekseya antiotiklərin zərərindən qorunma yollarını açıqlayıb.

"Antibiotik qəbulundan sonra bağırsaq mikroflorası və buna bağlı olaraq, immunitet zəifləyir.

Bağırsaqda olan milyonlarla faydalı bakteriyaların ölümü baş verir.

Nəticədə orqanizmin işində pozulmalar olur, insan zəifləyir.

Bu defisiti doldurmaq üçün antibiotik qəbul olunan həftədə probiotik qidalar yemək lazımdır.

"Belə qidalara kefir, təbii yoqurt, qatıq, duzlu kələm şorabası aiddir.

Turş süd məhsulları təzə evdə qoyulma olmalıdır. Belə qidaları dərman qəbulundan ən azı 5 saat sonra yemək lazımdır.
Antibiotik içən insanlara yarma, meyvə, tərəvəz, paxlalılar da faydalıdır.

Bu qidalar liflə zəngin olduğu üçün bağırsaqda prebiotik effekti verir.