Azərbaycanda nazirlər hansı partiyanın üzvüdür? – SİYAHI
10 Oktyabr 2026, 21:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
718
07.01.2023, 19:51
"Rəşadı ülvi duyğularla xatırlayıram. Çünki onun kimi mərd, Vətənini dəlicəsinə sevən bir insanın həyat yoldaşı olmaq özü qürurvericidir".
OXU24.COM teleqraf.com-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Silahlı Qüvvələrinin mərhum zabiti, 2016-cı il Aprel döyüşlərinin iştirakçısı, hərbi təyyarəçi, polkovnik-leytinant, şəhid Rəşad Atakişiyevin xanımı Könül Atakişiyeva deyib.
O bildirib ki, yoldaşının vəfatından öncəki gün həyatının ən unudulmaz günlərindən biridir:
"Son günümüz çox böyük sevgi və məhəbbət dolu anlarla yadımda qalıb. Həmin günü Rəşad bir başqaydı. Övladlarımızla birgə əyləncə mərkəzlərinin birindəydik. Daha sonra səhər saatlarında işə getdi. Gün ərzində ancaq telefon vasitəsilə əlaqə saxlaya bildik. Son uçuşunu edəcəkdi. Və mənə dedi ki, son uçuşundan sonra evə gələcək. Amma çox təəssüflər olsun ki, acı tale bizi ondan əbədi ayırdı. Onun arzusu övladlarını xoşbəxt görmək idi. Övladlarını ən ali təhsilə yiyələnmiş, ölkəmizin qabaqcıl simaları kimi görmək istəyirdi. Öz peşəsində daha da irəliləmək istəyirdi. O hələ gənc yaşlarından bu arzunu reallaşdırmaq üçün dayanmadan çalışırdı. Öz döyüş yoldaşlarından ən gənc polkovnik -leytinant rütbəsinə ucalmışdı. 33 yaşında hərbi hissə komandiri vəzifəsinə təyin olunmuşdu. O bu uğurları peşəkarlığı, zəhməti ilə qazanmışdı".
Xanımı deyir ki, Rəşadın ən böyük arzusu Qarabağı azad görmək idi:
"Hərbi Paradda çıxış edəndə mənə dedi ki, ən böyük arzum azad Qarabağ səmasında uçmaq və manevrlər göstərməkdir. Çox təəssüflər olsun ki, o bu arzusunu həyata keçirə bilmədi. Mən əminəm ki, onun ruhu şaddır. Çünki Qarabağımız artıq düşmən əsarətindən azad olunub. Ona görə də öz qanlarını, canlarını bu yolda verən şəhidlərimizin, əzizlərimizin ruhu daim şaddır".
21:20 / 10 Oktyabr 2026
1
21:10 / 10 Oktyabr 2026
34
21:02 / 10 Oktyabr 2026
66
20:50 / 10 Oktyabr 2026
56
20:37 / 10 Oktyabr 2026
53
20:26 / 10 Oktyabr 2026
82
20:04 / 10 Oktyabr 2026
93
19:53 / 10 Oktyabr 2026
140
19:42 / 10 Oktyabr 2026
316
19:32 / 10 Oktyabr 2026
90
19:25 / 10 Oktyabr 2026
170
19:16 / 10 Oktyabr 2026
379
19:01 / 10 Oktyabr 2026
201
18:48 / 10 Oktyabr 2026
185
18:31 / 10 Oktyabr 2026
88
18:21 / 10 Oktyabr 2026
91
18:09 / 10 Oktyabr 2026
87
17:42 / 10 Oktyabr 2026
134
17:34 / 10 Oktyabr 2026
117
17:30 / 10 Oktyabr 2026
98
16:47 / 10 Oktyabr 2026
103
16:31 / 10 Oktyabr 2026
128
15:59 / 10 Oktyabr 2026
1375
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.