Qaynar xətt:

(+99450) 247 90 86

Avtomobildə yatan gənc oğlan faciəvi şəkildə öldü - FOTO

Avtomobildə yatan gənc oğlan faciəvi şəkildə öldü - FOTO

CƏMİYYƏT

370

07.01.2023, 13:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

OXU24.COM  "Qafqazinfo"ya istinadən xəbər verir ki, dünən Suraxanı rayon Hövsan qəsəbəsində yerləşən avtoyuma məntəqəsində işləyən Rzayev Qalib Qənimət oğlu dəm qazından zəhərlənərək vəfat edib.

Belə ki, avtoyuma məntəqəsindəki avtomobilin salon peçini işə salaraq yuxuya gedən gənc oğlan dəm qazının içəri dolması səbəbindən zəhərlənib. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.