Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ
11 Oktyabr 2026, 01:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
325
04.01.2023, 13:52
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli enerji strategiyası sayəsində Azərbaycan bu gün Avropanın enerji resurslarının etibarlı təchizatçısına çevrilib. Aİ ölkələri ildən-ilə ölkəmizlə enerji tərəfdaşlığını inamla möhkəmləndirir və genişləndirir, eyni zamanda bu istiqamətdə bütün təşəbbüsləri dəstəkləyir.
OXU24.COM Trend-ə istinadən bildirir ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bütün layihələr kimi, Aİ-yə qaz nəqlinin genişləndirilməsi layihəsi də reallığa çevrilir. Xüsusilə, son bir il ərzində kəskin enerji böhranı və qaz təchizatı mənbələrinin və marşrutlarının real şaxələndirilməsi zərurəti fonunda Aİ ölkələri dəfələrlə Azərbaycandan qaz tədarükünün artırılmasında və ya ona çıxış əldə etməkdə maraqlı olduqlarını bildiriblər. Ötən il ən yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlərlə yadda qaldı və bu səfər zamanı əsas diqqət Cənub Qaz Dəhlizinin imkanlarının genişləndirilməsinə yönəldildi.
Və artıq Avropa İttifaqının 5 ölkəsi Azərbaycanın "mavi" yanacağının tədarükünü artırmaq üçün konkret layihə hazırlayıb və fevralın 3-də layihəni Bakıda təqdim etməyə hazırlaşır. Bunu Bolqarıstan Prezidenti Rumen Radev Sofiyada Türkiyənin energetika naziri Fatih Dönməzi qəbul edərkən deyib.
"Bu, minimal vəsaitlə və tez bir zamanda Azərbaycandan Avropaya əlavə həcmdə təbii qazın nəqlinə imkan verəcək layihədir. Bolqarıstanın təşəbbüsü ilə Rumıniya, Macarıstan, Slovakiya və Avstriya bu layihəyə qoşulub", - R.Radev bildirib.
Əslində, bu layihə 2022-ci ilin iyulunda Avropa Komissiyası ilə Azərbaycan arasında enerji əməkdaşlığının genişləndirilməsinə dair imzalanmış anlaşma memorandumunun praktiki icrasıdır.
Azərbaycan hər zaman qaz tədarükünü artırmağa və Avropaya böhrandan çıxmağa kömək etməyə hazır olduğunu bildirib. Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il oktyabrın 6-da Praqada Azərbaycan telekanallarına müsahibəsində deyib ki, növbəti illərdə Avropaya qaz ixracının ən azı iki dəfə artırılması planlaşdırılır.
Beləliklə, bu gün Aİ ilə Azərbaycan arasında enerji sektorunda əməkdaşlıq çərçivəsinin möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində daha bir addım atılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və operativ şəkildə yerinə yetirən Azərbaycan əslində təkcə Avropa üçün deyil, bütün dünya üçün etibarlı təchizatçıya çevrilir.
01:41 / 11 Oktyabr 2026
659
01:28 / 11 Oktyabr 2026
8116
01:15 / 11 Oktyabr 2026
119
01:11 / 11 Oktyabr 2026
230
00:59 / 11 Oktyabr 2026
728
00:56 / 11 Oktyabr 2026
188
00:39 / 11 Oktyabr 2026
285
00:21 / 11 Oktyabr 2026
410
00:19 / 11 Oktyabr 2026
150
00:17 / 11 Oktyabr 2026
83
00:11 / 11 Oktyabr 2026
343
00:06 / 11 Oktyabr 2026
315
23:34 / 10 Oktyabr 2026
394
23:24 / 10 Oktyabr 2026
95
23:24 / 10 Oktyabr 2026
110
23:11 / 10 Oktyabr 2026
154
22:55 / 10 Oktyabr 2026
89
22:49 / 10 Oktyabr 2026
146
22:39 / 10 Oktyabr 2026
98
22:35 / 10 Oktyabr 2026
143
22:28 / 10 Oktyabr 2026
89
22:06 / 10 Oktyabr 2026
95
21:36 / 10 Oktyabr 2026
3892
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.