Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ
11 Oktyabr 2026, 01:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
325
04.01.2023, 13:26
Şəki xanı olmuş Hacı Əbdülqadir xan hakimiyyətə necə gəldi və hansı formada devrildi?
Dünya memarlıq incisi Şəki xan sarayının daxili divarlarındakı rəsmlərdən biri bu qədim diyara rəhbərlik edən Hacı Əbdülqadir xanın hakimiyyət illərini təsvir edir. Bu rəsm ətrafında bir çox maraqlı fikir və söhbətlər olsa da, əsl həqiqət var və bu tarixi faktlarla öz təsdiqini tapır.
Divardakı həmin rəsmdə Hacı Əbdülqadir xanın üz cizgiləri və geyimi rəssam tərəfindən tam dəqiqliyi ilə ifadə olunur.
Oxu24.com Bizim.Media-ya istinadən bildirir ki, o, yəni Hacı Əbdülqadir xan 1780-ci ilin avqustunda qardaşı oğlu Məhəmmədhüseyn xanı devirərək hakimiyyətə gəlir və sonra onu edam etdirir.
Cəmi 3 il sonra yəni 1783-cü il tarixdə isə 3 il əvvəl devirdiyi və öldürtdüyü Məhəmmədhüseyn xanın oğlu Məhəmmədhəsən xan tərəfindən özü devrilir, öldürülür.
Hacı Əbdülqadir xanın yeddi oğlu və bir qızı olub. Lakin oğlanlarının hamısını Məhəmmədhəsən xan tərəfindən öldürtmürmüşdür.
Qızı Bala xanım əvvəl Səlim xanın, sonra isə İlisu sultanı-Danial sultanın arvadı olub. Danial sultandan Kərimət bəyim adlı qızı doğulub və bu qız Şeyx Şamilin öğlu Məhəmmədə ərə gedib. Kərimət bəyim Rusiyanın Kaluqa vilayətində vəfat edib, nəşini gətirib indiki Şəki şəhərinin Dodu hissəsindəki qəbiristanlıqda dəfn ediblər.
Bala xanım isə 100 yaşında vəfat edib, onu da qızı Kərimət bəyimin yanında dəfn ediblər.
Mənbələrdə göstərilir ki, bir xanın səhvi ucbatından nəinki özü hətta ailəsi məhv edilib. Hətta ailədən bir qız övladı qalıb ki, onu da gizli yollarla İlisuya apara biliblər. Bu dəhşətli hadisədən sonra Şəki xan nəsilləri arasında əvvəlki kimi devrilmə və sui-qəsdlərə son verilib. Hakimiyyət tərəflərin razılığı, ya da xanın vəfatı ilə dəyişilib.
.jpg)
01:41 / 11 Oktyabr 2026
659
01:28 / 11 Oktyabr 2026
8116
01:15 / 11 Oktyabr 2026
119
01:11 / 11 Oktyabr 2026
230
00:59 / 11 Oktyabr 2026
728
00:56 / 11 Oktyabr 2026
188
00:39 / 11 Oktyabr 2026
285
00:21 / 11 Oktyabr 2026
410
00:19 / 11 Oktyabr 2026
150
00:17 / 11 Oktyabr 2026
83
00:11 / 11 Oktyabr 2026
343
00:06 / 11 Oktyabr 2026
315
23:34 / 10 Oktyabr 2026
394
23:24 / 10 Oktyabr 2026
95
23:24 / 10 Oktyabr 2026
110
23:11 / 10 Oktyabr 2026
154
22:55 / 10 Oktyabr 2026
89
22:49 / 10 Oktyabr 2026
146
22:39 / 10 Oktyabr 2026
98
22:35 / 10 Oktyabr 2026
143
22:28 / 10 Oktyabr 2026
89
22:06 / 10 Oktyabr 2026
95
21:36 / 10 Oktyabr 2026
3892
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.