Qaynar xətt:

(+99450) 247 90 86

Şəmkirdən dəhşətli xəbər: Ölən və yaralılar var

Şəmkirdən dəhşətli xəbər: Ölən və yaralılar var

CƏMİYYƏT

317

03.01.2023, 11:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəmkir şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən  Oxu24.com-a  verilən məlumata görə, yanvarın 2-si saat 3 radələrində şəhər sakini S.Pənahov idarə etdiyi “Hyundai” markalı avtomobili dirəyə vurub.

Nəticədə S.Pənahovun sərnişini həmyerlisi Məhərrəm Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişini T.Məmmədli xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Hadisə ilə bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.